Adiak imtahan suallarinin cavablari


 İşgüzar kommunikasiyada danışıqlar



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə7/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   2   3   4   5   6   7   8   9   10   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

8. İşgüzar kommunikasiyada danışıqlar. 
Danışıqların savadlı və inamla aparılması üçün məzmunun nədən 
ibarət olduğunu, iştirakçıların qarşılarına hansı məqsədlər 
qoyduğunu, prosesin ümumi modelini bilmək vacibdir. Danışıqlar 
aparılmasının birinci mərhələsində məqsəd təşəbbüskarın, tərəfdaşın 
dəyərlərinə qqoşulmaqdır 
Danışıqlar sərt və yumşaq mövqeyi ilə seçilir. Sərt qərara alınmış 
mövqeyə sadiq qalmağı nəzərdə tutur, yumşaq üsul isə razılaşmaya 
nail olmaq üçün qarşılıqlı güzəştlər vasitəsilə danışıqlar aparmağa 
istiqamətlənir. Tərəflərdən birinin yumşaq üsul seçimi sərt üsulun 
tərəfdarı üçün zəif hesab olunur, nəticəni sərfəli edir, digər tərəfdən, 
sərt üsulun reallaşdırılması danışığın pozulmasına gətirib çıxara bilir, 
onda iştirakçıların maraqları ümumiyyətlə təmin olunmur. 
Qarşılıqlı mənafe uyğunluğu əsasında aparılan danışıqların əsas 
xüsusiyyətləri iştirakçıların problemi birgə təhlil etməsi və onun həlli 
variantlarını axtarması, rəqib yox, tərəfdaş olduqlarını qarşı tərəfə 
nümayiş etdirməsi, ümumi maraqların tapılması, qarşılıqlı surətdə 
faydalı variantların axtarışlarına istiqamətlənməsidir. Danışıqlar bir 
neçə mərhələdə vəzifələri ilə seçilən qeyri-bərabər prosesdir, ən sadə 
və eynizamanda məzmunlu, təklif olunan modeli belədir: danışıq 
aparmaq lazımdır! 
Danışıqların dörd mərhələsini qeyd etmək olar: 1)danışıqlara 
hazırlıq; 2)danışıqların aparılma prosesi; 3)nəticələrinin təhlili; 4)əldə 
edilmiş razılaşmaların yerinə yetirilməsi.
Danışıqlara hazırlıq zamanı prosedur, qarşılıqlı razılığı işgüzar 
ünsiyyətdə: 
– Danışıqları yalnız hərtərəfli təhlil etdikdən və vəziyyəti 
qiymətləndirdikdən sonra dayandırmaq lazımdır;
– əgər məğlub olmusunuzsa, danışıqları dayandırmayın;
– sizi qəti addım atmağa məcbur edən fikir ayrılığının 
mahiyyətini dəqiq anlamaq lazımdır. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin