Adiak imtahan suallarinin cavablari



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə4/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   2   3   4   5   6   7   8   9   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

3. Verbal kommunikasiya. 
İnsanlar ünsiyyət zamanı müxtəlif məlumat növünə, 
kommunikasiya formalarına müraciət edirlər. Ünsiyyət şifahi 
məlumatlarla məhdudlaşmır; hər bir nitq fəaliyyətində təbii (verbal) 
və süni (qeyri-verbal) yolla məzmun ifadə edilə bilir.
Verbal kommunikasiya iki növə bölünür: şifahi və yazılı.
Şifahi kommunikasiya eşidilərək qavranılan, səsli nitqdir. Tarixən 
də şifahi nitq forması ilkindir, yazıdan xeyli əvvəl yaranmışdır. Əsas 
xüsusiyyəti onun söylənməsi və eşidilməsidir;
Şifahi nitqin iki növü var: dialoji və monoloji. 
Dialoq yunan mənşəli dia (iki) və loqos (elm) sözlərindən 
yaranmışdır, iki və daha artıq şəxsin ünsiyyəti, replikalarının 
əvəzlənməsi kimi nitq növüdür. Dialoq ünsiyyət faktdır, məqsəd və 
şərtlərdən, situasiya, tərəflərin tutduğu mövqelərdən asılı olaraq, 
aşağıdakı əsas növlərini qeyd edə bilərik: məişət, işgüzar, müsahibə. 
Monoloq, adından göründüyü kimi, bir nəfərin çıxışıdır.
Məqsədindən asılı olaraq, monoloq üç əsas növə ayrılır: təhrikedici, 
inandırıcı və informasiyaverici. 
Yazılı kommunikasiya. Özündə həm də oxumağı əhatə edən yazılı 
kommunikasiya xarakterinə görə monolojidir, düşüncəni heç bir canlı 
təmas olmadan, yazılı nitq formasında çatdırmaq üçündür. Yazılı nitq 
insanlar tərəfindən canlı dili qeydə almaq məqsədilə köməkçi işarələr 
sistemi kimi yaradılıb, görmə vasitəsilə qavranılır. Yazılı nitqin 
özünəməxsus xüsusiyyətləri vardır: əsasən, ədəbi dildə istifadə olunur 
və normalara ciddi riayət edilir;
İşgüzar və akademik kommunikasiya şifahi və yazılı şəkildə baş 
verir; onların oxşar və fərqli cəhətlərini nəzərə almaq vacibdir.


4. Qeyri-verbal kommunikasiya. 
Təbii (bioloji) semiotik sistem anadangəlmə heyvanların dilinə 
aiddir. Canlı təbiətdə səs, rəqs, jestlə kodlaşmış dillər mövcuddur. 
Süni (düşünülmüş) semiotikanı isə insanlar xüsusi informasiyaları 
qənaətlə və dəqiq çatdırmaq üçün icad etmişlər (məsələn: rəqəmlər, 
coğrafi xəritələr, cizgilər, proqramlaşdırma dili, reklamlar, ayinlər, 
hərəkətlər, intonasiya, mimika və s.). Bunlar şərti işarə və siqnallardır, 

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin