Adiak imtahan suallarinin cavablari


 İşgüzar kommunikasiya qurmaq səriştəsi



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə6/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   2   3   4   5   6   7   8   9   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

6. İşgüzar kommunikasiya qurmaq səriştəsi. 
Müasir iş adamı işgüzar ünsiyyət qabiliyyətini inkişaf etdirmək üçün 
kommunikativ səriştəyə kifayət qədər yiyələnməlidir. Onun iki növü 
var: 
1.Ünsiyyət prosesində birbaşa sınaq və səhv yolla əldə edilən 
biliklər. Bu cür biliklər vacib olsa da, kifayət deyil. 
2.Təcrübədə əldə edilən biliklər. Bu halda işgüzar kommunikasiya 
qabiliyyəti, səriştəsi, səviyyəsi, bacarığı yüksək səviyyədə olur.
İşgüzar kommunikasiyanın vəziyyəti və formaları çeşidli olduğu 
üçün onların bütün əlamətlərini sadalamaq çətindir. Əsas əlamətləri 
bunlardır: 
– Ünsiyyət vəziyyətini və ünsiyyət mövzusunu dərindən 
anlamaq;
– Mesaj ötürmək və qəbul etmək;
– Tərəfdaşın niyyətini başa düşmək;
– Neqativ effektləri neytrallaşdırmaq;
– Sosial davranışın mənfi təsirlərini müəyyən etmək və 
zərərsizləşdirmək;
– İşgüzar kommunikasiyada adekvat özünütəqdimatı nəzərə 
almaq; 
– Tərəfdaşla qarşılıqlı əlaqəni təşkil etmək;
– İşgüzar kommunikasiyada başqa dillərdə ötürülən zidd 
məzmunlu mesajların qarşısını almaq və s.
Beləliklə, ünsiyyət səriştəsinin formalaşması üçün müvafiq biliklərə 
yiyələnmək, bacarığı, qabiliyyəti inkişaf etdirmək, özünü şəxsiyyət 
kimi formalaşdırmaq lazımdır. 


7. İşgüzar kommunikasiyanın sosial əsasları. 
Kommunikasiya mütəxəssislərin peşə səriştəsinin ən mühüm tərkib 
hissəsidir. Tərəfdaşları ilə işgüzar söhbətlər aparmaq, ünsiyyət 
mədəniyyətini formalaşdırmaq olduqca vacibdir, bu onlara gələcəkdə 
işgüzar kommunikasiyanın daha effektiv üsulları ilə peşəkar 
fəaliyyətlərini davam etdirməyə imkan verəcək. Bunun üçün işgüzar 
kommunikasiyanın əsas kateqoriya və anlayışlarını, nəzəri əsaslarını, 
növ və vasitələrini, struktur prinsiplərini və s. nəzərə almaq lazımdır. 
İşgüzar kommunikasiyanın sosial əsasları, meydana gəlməsi və 
inkişafı insanların fəaliyyəti ilə bağlıdır, birgə həyata keçirilən bir işin 
müvafiq məsələlərinin həlli müəyyən sayda insanların qarşılıqlı 
əlaqəsini nəzərdə tutur. Bu, ünsiyyət vasitəsilə həyata keçirilir, işgüzar 
ünsiyyət və kommunikasiya insanların fəaliyyətindən törəyir və onun 
qədər universal və çoxçeşidlidir; fəaliyyətin bütün sahələrində: 
biznesdə, siyasətdə, mədəniyyətdə, təhsildə, yaxud sıravi 
əməkdaşlıqdan başlayaraq ən yuxarı səviyyələrdə meydana gəlir – 
sosial istiqamət həyati əhəmiyyət daşıyır. İşgüzar kommunikasiya real 
təzahür kimi insanların müvafiq ictimai münasibətlərində həyata 
keçir, əsas əlaməti bütün sosial şərtləndirilmiş sahədə xüsusiyyətlərini 
qoruyub saxlamaqdır. 
Cəmiyyətin formalaşması və inkişafında işgüzar kommunikasiyanın 
mühüm əhəmiyyəti vardır. Kommunikasiya şəxsiyyətin təşəkkül 
vasitəsi, normal inkişafının, mənəvi, fiziki sağlamlığının vacib şərti, 
digər insanları və özünü dərketmə vasitəsidir. Yalnız insan nitqə 
malikdir və şəxsiyyət kimi ünsiyyətdən kənar formalaşa bilməz; 
işgüzar kommunikasiya hər hansı bir insan cəmiyyətinin mövcudluğu 
üçün şəxsiyyətlər, qruplar və birliklər arasında ünsiyyət əsasında 
meydana gələn və fəaliyyət göstərən əsas amil, sosiumun ən əsas 
ehtiyacıdır. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin