18.
İşgüzar kommunikasiyada internet-ünsiyyət etikası.
İnternet etikasının özünəməxsus prinsipləri və fəaliyyət sferası
mövcuddur, əsas prinsipləri aşağıdakılardır:
– Şəxsi həyat sirrinin qorunması – şəxsi həyatın muxtariyyəti
və azadlığı;
– Xüsusi mülkiyyətin toxunulmazlığı – informasiyaya sahiblik
hüquqlarına və müəlliflik haqlarına riayət edilməsi.
İnternet etikasının fəaliyyət sferasına, yəni onun tətbiq sahəsinə
bunlar aiddir:
–
Elektron poçtda, çatda, telekonfranslarda ünsiyyət;
– Şəbəkə-etiket qaydaları.
Bu sferaların hər birində, onun iştirakçı auditoriyasında müvafiq
özünəməxsus qaydalar mövcuddur. Məsələn, elektron poçt vasitəsilə
yazışmalar zamanı müəyyən qaydaların gözlənilməsi
məqsədəuyğundur:
– Qısa izah vermək;
– Savadlı yazmaq;
–
Nəzakətli olmaq;
– Cavabı ləngitməmək.
İnternet fiziki hadisə kimi müstəqil inkişaf edir, yəni öz-özünü
tənzimləyir. Ona görə də burada etik məsələlərin meydana gəlməsi
təbiidir. Sosial şəbəkələr özünün unikal keyfiyyətləri ilə digər
kiberməkan istifadəçilərindən fərqləndiyinə görə, şəbəkələrdəki
şəxslər üçün aşağıdakı etik qaydalar qəbul edilmişdir:
–
Dərk edin ki, siz insanla ünsiyyətdəsiniz;
– Anlayın ki, siz kiberməkandasınız;
– Digər şəxslərin vaxtına və imkanlarına hörmət edin;
– İmicinizi qoruyun;
– Konfliktlərə imkan yaratmayın;
– Şəxsi yazışmalar hüququna hörmətlə yanaşın.