Adiak imtahan suallarinin cavablari


  Fonetik və orfoepik norma



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə26/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   22   23   24   25   26   27   28   29   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

34. 
Fonetik və orfoepik norma. 
Fonetik norma. Səs dilin maddi qabığıdır, dil ictimai hadisə kimi 
səslərdə təzahür edir. Səslərin tələffüzü, müxtəlif kombinasinası, 
insanlar arasında ünsiyyət vasitəsi kimi xüsusiyyətləri, eləcə də vurğu, 
heca, intonasiya, danışıq dilində hadisələr (səs dəyişməsi, 
əvəzlənməsi, assimilyasiya, dissimilyasiya və s.) fonetik norma ilə 
tənzimlənir. Fonetik normaya şifahi ədəbi dilin yazılı dil normalarını 
formalaşdırması, yaxud yazılı dilin (orfoqrafiya) və onun təsiri ilə 
ümumiləşmiş ədəbi dilin danışıq qaydaları (orfoepiya) daxildir. 
Orfoepik norma. Səslər tələffüzün əsas vasitəsidir, tələffüz qayda-
qanunlarının sistemli məcmusu orfoepik normadır. Orfoepiya şifahi 
ədəbi dilin müxtəlif fonetik şəraitində, mövqedə bu və ya digər səsin 
müəyyən söz və söz birləşməsində, qruplarda, qrammatik formalarda, 
digər səslərlə birləşmələrdə tələffüz qaydasıdır. Orfoepiya düzgün 
tələffüzü, qaydalar sistemini, nitq axınında səsləri, onların 
uyğunluğunu, dəyişikliyini öyrənən və təsbit edən fonetikanın bir 
bölməsidir. 
Nitq mədəniyyətinin vacib amili – dilin tələffüz normasıdır. Dil 
sisteminin, onun nitq fəaliyyətinin bu norması həm davamlı, dinamik 
təzahür forması, həm də nitq təcrübəsinin və tələffüzün dildəki 
ənənələrinin (uzusların) nəticəsidir.
Orfoepiya – milli dildə səs tərtibatının vahidliyini təmin edən 
normaların məcmusudur, dilin konkret seqmentlərini: səsləri və 
onların birləşmələrini əhatə edir. 
Orfoepiya iki mənada işlənir: ədəbi dildə tələffüzün vahid 
standartları və tələffüz normalarının əsaslandırılması – fonetik hadisə 
və qanunlar.


35. 
Orfoqrafik norma. 
Orfoqrafiya (yunan sözü olub, “düzgün yazıram” deməkdir) yazılı 
nitq normasıdır, fonetika ilə sıx bağlıdır. Orfoqrafiya yazılı nitqdə dil 
vahidlərinin yazılışını tənzimedici qaydalar sistemi də adlandırılır. 
Müstəqillik illərində “Azərbaycan dilinin orfoqrafiya qaydaları” 
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan 
Respublikasının qanununun tətbiq edilməsi barədə”, Azərbaycan 
Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanında 
dəyişiklik edilməsi haqqında” “Azərbaycan Respublikası Prezidentinin 
26 may 2004-cü il tarixli Fərmanına uyğun olaraq, Azərbaycan 
Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırıldıqdan sonra 
Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq 
edilmişdir. 12 yanvar 2004-cü il sərəncamına əsasən “Azərbaycan 
dilinin orfoqrafiya lüğəti” 2004-cü, eləcə də 2013-cü illərdə nəşr 
olunmuşdur. Yeni orfoqrafiya normaları Azərbaycan Respublikası 
Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 saylı Qərarı ilə 
təsdiqlənmiş və 3 noyabr 2020-ci il tarixli 438 nömrəli qərarı ilə 
müəyyən dəyişiklik edilmişdir. 
Qeyd: “AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA NORMASI” hissəsinin 
həcmi böyük olduğundan buraya yerləşdirmək mümkün olmadı. 
Əlavə mənbəyə müraciət edə bilərsiniz. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin