Adiak imtahan suallarinin cavablari



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə28/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   24   25   26   27   28   29   30   31   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

38. 
Nitqin münasibliyi. 
Münasiblik – məntiqin qanunları ilə uzlaşan nitq keyfiyyətidir; 
işgüzar kommunikasiyanın vacib xüsusiyyətlərindən biridir, belə ki, 
bütün bu prosesi ünsiyyətin münasibliyi və qeyri-münasibliyi 
dəyərləndirir: istənilən səviyyələrə cavab verən nitq münasib adlanır. 
Münasiblik kommunikativ keyfiyyət olaraq daha çox adresatın 
səmimiliyinin olub-olmamağını ehtiva edir – nitqə etik keçiddir. 
Münasiblik ünsiyyət vəziyyətinin bütün göstəriciləri ilə daha sıx 
bağlıdır: o həm iştirakçılardan, həm onların məqsədlərindən, həm 
nitq mövzusundan, həm də ünsiyyətin daxili və xarici şərtlərindən 
asılıdır. İlk növbədə konkret işgüzar ünsiyyət şəraitində hər bir 
iştirakçının etik və ya qeyri-etik davranışları, əldə edilən və ya 
edilməyən motiv və məqsədlər qiymətləndirilir. 
Nitqdə münasiblik yaratmaq üçün tabu və evfemizmlərdən də 
istifadə olunur. Tabu ədəbsiz sayıldığına görə işlənməsi münasib 
olmayan, kobud, yasaq, ictimai qınaq məzmunlu, əksəriyyəti qadağan 
olunmuş söz və ifadələrdir. 
Məzmun münasibliyi situativ halda üslubi münasiblik kimi 
tamamlanır – müəllifin və konkret mətnin üslubu nitq vasitələri ilə 
uyğunlaşdırılır. Üslubi münasiblik mətnin fonetik-intonasiya, leksik, 
morfoloji, sintaktik və s. normalarla, eləcə də konkret nitq 
vasitələrindən istifadə ilə cümlə səviyyəsində qiymətləndirilir. 


39. 
Nitqin zənginliyi. 
Nitqin zənginliyi üçün başlıca meyar danışnın (yazanın) geniş söz 
ehtiyatına malik olmasıdır. Nitq mədəniyyəti dil və nitq vasitələrinin 
seçimində bir neçə variantı nəzərdə tutur, zənginlik bu seçimin 
həyata keçməsinə imkan yaradır. Zənginlik istənilən ünsiyyət (işgüzar 
və ya akademik) zamanı müxtəlif dil və nitq vasitələrinin bolluğunu, 
müxtəlifliyini əks etdirir.  
Zənginliyin iki əsas növü var: dil və nitq zənginliyi. Dilin zənginliyi 
bütün səviyyələrdə vahidlərinin müxtəlifliyi, xəzinəsi ilə nitqin 
qurulmasıdır. Bu zənginliyin atributları lüğətlərdə (frazeologizm, 
sinonim, antonim, paronim, alınma sözlər, bu və ya digər bilik 
sahəsinə aid terminlər) toplanıb. 
Dil zənginliyi nitq zənginliyi üçün əsas bazadır. Hər bir dil 
daşıyıcısının nitq zənginliyi onun dilə fəal sahib olma prosesində 
qazandığı idrak – təfəkkürün məhsuludur, hamımız sözləri eyni bir 
dildə danışdığımız xəzinədən götürürük. Nitqin zənginliyi dil 
vasitələrinin şüurlu və aktiv mənimsənilməsi – danışığımızı rəngarəng 
etmək, təkmilləşdirmək, onun gözəlliyini dərk etmək, dil 
vasitələrindən istifadə etməklə əldə edilir. Dil və nitq zənginlikləri bir-
biri ilə sıx bağlıdır – dil nitqi qidalandırır. Nitqin zənginliyi yalnız 
müxtəlif dil vasitələri ilə ölçülmür, həmçinin janr, üslubi tərtibat və s. 
İlə müəyyən edilir.



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin