Adiak imtahan suallarinin cavablari


qeyri-verbal (süni) ünsiyyətə



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə5/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   2   3   4   5   6   7   8   9   ...   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

qeyri-verbal (süni) ünsiyyətə aiddirlər. Qeyri-verbal ünsiyyəti 
aşağıdakı kimi təsnif etmək olar: 1. Akustik ünsiyyət: pauza, öskürək, 
köks ötürmək, gülüş, ağlamaq və s.;  2.Prosodik ünsiyyət: temp, 
tembr, səsi artırıb-azaltmaq, müxtəlif səslər və s.; 3. Optik ünsiyyət
ifadəli hərəkət – mimika, poza, jest, yeriş, baxış və s.; 4. Fizioqonomik 
ünsiyyət: sifət quruluşu, bədən quruluşu və s.; 5. Taktiki ünsiyyət: əl 
verib görüşmək, öpüş, sığal və s.; 6. Duyğu ünsiyyəti: qoxu, dad və s. 
Süni ünsiyyət canlı nitqlə sıx bağlıdır, bəzən onun əsasını təşkil edir. 
İntonasiya, jest, hərəkət, mimika, səs, baxış, etiket ünsiyyətin ən 
vacib amilləridir. Bunların köməyi ilə sözdən də artıq məlumat 
vermək olur. 
Verbal və qeyri-verbal nitqin sintezi üç əsas funksiyanın yerinə 
yetirilməsini təmin edir: 1) əlavə məlumat əldə olunur; 2) intonasiya 
ilə birlikdə məzmun tamamlanır; 3) tərəfdaşlar arasında nitq 
mübadiləsi tənzimlənir. 
İnsanın qeyri-verbal davranışı onun psixi vəziyyəti ilə də sıx bağlıdır. 
Qeyri-verbal davranış əsasında şəxsiyyətin daxili aləmi açılır, ünsiyyət 
və birgə fəaliyyətin psixi məzmununun formalaşdırılması həyata 
keçirilir. 
Təbii kommunikasiya əbədidir – süni kommunikasiya elementləri 
zaman və məkan məhdudiyyətinə tabedir. 


5. İşgüzar kommunikasiyanın xüsusiyyətləri 
İşgüzar kommunikasiya peşəkar fəaliyyətdə ofis, menecer, 
marketinq və s. statusa malik insanlar arasında xüsusi bir ünsiyyətdir, 
əsasən, rasional əsaslarla qurulur, tərəflər arasında məlumatın 
şüurlu, hədəfli və məqsədəuyğun təşkilidir. İşgüzar kommunikasiya-
nın iştirakçıları və ya subyektləri həm fərdi, həm də birgə fəaliyyətdə 
iştirak edən və ya etmək istəyən şəxslər ola bilər. İşgüzar kommunika-
siyanın mövzusu konkret bir sahə ilə məhdudlaşmır – cəmiyyətin 
iqtisadi, sosial, siyasi, mənəvi və s. sahələrində həlli üçün birgə səylər 
tələb edən hər hansı problem ola bilər. İşgüzar kommunikasiya 
iştirakçılar tərəfindən müəyyən edilmiş və müxtəlif xarakter daşıyan 
hədəflərə çatmaq məqsədi daşıyır. Kommunikasiya iştirakçılarının 
məqsədləri üst-üstə düşməyə bilər, belə ki, işgüzar kommunikasiyanın 
ünsiyyət motivi şəxsi, ailə problemləri, siyasi vəziyyət və ya mədə-
niyyət xəbərləri yox, birgə fəaliyyət, iş birliyidir, bu mənada 
kommunikantlar qarşıya qoyduqları məqsədlərin uğurla həyata 
keçirilməsində bir-biri üçün əhəmiyyətli tərəfdaşdırlar. Reallıq budur 
ki, işgüzar tərəfdaşlar bir-birinə həmişə rəğbət göstərən insanlar deyil 
və ya bəzən onları ayırd etmək çətin olur; işgüzar tərəfdaşların 
simpatiya və antipatiyasından asılı olmayaraq, müxtəlif mövqelərin, 
problemə baxışların təhlili və optimal həlli yollarının axtarışı həyata 
keçirilir. Əlbəttə, burada fərdi amili istisna etmək, işgüzar 
münasibətlərdən kənarlaşdırmaq olmaz: hədəfləri bölüşən insanlarla 
iş qurulur və belə yanaşma işgüzar kommunikasiyanın 
müvəffəqiyyətini təmin edir. İşgüzar əlaqələr emosional yox, rasional 
xarakter daşıyır və istiqamət müəyyən hədəflərə daha effektiv şəkildə 
çatmağa yönəlir – duyğu və hisslər köməkçi xarakter daşıyır, 
kommunikasiya prosesini, atmosferini müəyyənləşdirmir. İşgüzar 
kommunikasiyada emosiyaları cilovlamaq yox, hisslərlə bu və ya digər 
vəziyyətdə ən uyğun olanını nümayiş etdirmək lazım gəlir: hisslər 
iyerarxik xarakterlidir, bu da münasibətlərdə sərt şəkildə 
subordinasiyanın qorunması zərurətindən irəli gəlir. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin