Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə1/48
tarix02.01.2022
ölçüsü1,59 Mb.
#2528
  1   2   3   4   5   6   7   8   9   ...   48


 

 

 





ADİL NİFTİ OĞLU MƏMMƏDOV 

Tibb elmləri namizədi



 

 

 

 

 

NAXÇIVAN MSSR-də SƏHİYYƏNİN 

 TARİXİ VƏ MƏRHƏLƏLİ 

 İNKİŞAFI 

(1826 – 1966) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – 2006 

 

 



 

4

Adil Nifti oğlu Məmmədov. Naxçivan MSSR-də Səhiyyənin 



tarixi və mərhələli inkişafi (1826 – 1966).  

Bakı, “Nurlan”, 2006.- 190 səh. 

 

 

 

 

 

 

 

 

4702000000 – 725 

Qrifli nəşr 

N – 098 – 2006 

 

 

© “Nurlan”, 2006. 

 

 


 

 

 





G I R I Ş 

 

Sosialist quruluşunun müvəffəqiyyəti, mədəni 



səviyyənin və rifah halının kəskin qaldırılması,  əsl xalq 

səhiyyə sisteminin yaradılması  nəticəsində Naxçıvan Muxtar 

Respublikasında əhalinin sağlamlığı xeyli yaxşılaşmışdır və bu 

sahədə böyük nailiyyətlər əldə edilmişdir. 

Naxçıvan MSSR-də  səhiyyənin tarixinə aid çox az 

məqalələr (H.Səfiyev, M.Ibrahimov, Y.Marqulis, H.Abbasov, 

Ə.Tahirov, Y.Kaminski və s.) yazılmışdır. Onlar da əsasən 

xülasə  şəklində çap edilmişdir. Bu yazılar heç cürə Naxçıvan 

MSSR-də  səhiyyənin tarixi və inkişafı haqqında  ətraflı 

təsəvvür yaratmır. Onların hamısı  səhiyyənin tarixinin ayrı-

ayrı hissəsinə aiddir. 

Inkar etmək olmaz ki,  sosialist quruluşunun səhiyyəsi 

hətta belə bir ərazisi nisbətən kiçik və  əhalisinin sayı az olan 

Muxtar Respublikada böyük maraq doğurmasın. Çünki bu 

Sovet Dövlətinin kiçik, əvvəllər geridə qalmış xalqların 

siyasətini təsvir edir. 

Səhiyyə sisteminə aid olan qanunvericilik aktların, 

respublikanın partiya orqanlarının və Naxçıvan Nazirlər 

Sovetinin, Naxçıvan Mərkəzi Dövlət arxivinin, Azərbaycan 

SSR-in və Naxçıvan MSSR-in səhiyyə nazirliklərinin, 

ədəbiyyat və statistika materiallarının öyrənilməsi imkan verdi 

ki, Naxçıvan MSSR-də  səhiyyənin tarixini və inkişafını 

Naxçıvan xanlığının Rusiyanın tərkibinə birləşdirilməsindən 

bu günə qədər (1828-1966-cı illər) və respublikada səhiyyənin 

müasir vəziyyətinin təhlili ətraflı işıqlandırılsın. 

Monoqrafiyada sovet hakimiyyəti dövründə  səhiyyənin 

əsas mərhələlərdə inkişafı  ətraflı göstərilib, yaşayış yerlərinin 

sanitar vəziyyətinin qaldırılması sahəsində görülən böyük 

nailiyyətlər,  əhaliyə müalicə – profilaktika və sanitar – 

epidemiya əleyhinə xidmət göstərilməsi əks etdirilib. 

Naxçıvan MSSR-də  səhiyyənin nəinki müvəffəqiyyət-

ləri, habelə onun ayrı-ayrı  hissələrində, müxtəlif mərhələlərdə 

mövcud olan nöqsanlar və onların aradan qaldırılması yolları 

göstərilib. 

 

 

 



6

Səhiyyə xidmətində görülən böyük, müsbət irəliləyiş 

respublikada bərpa və xalq təsərrüfatının və  mədəniyyətin 

inkişafının ayrı-ayrı mərhələlərinin fonunda işıqlandırılıb. 

Vaxtı ilə Çar Rusiyasının geridə qalmış ucqarlarından 

biri olan, səfalət və  əsarətin hökm sürdüyü Naxçıvan ölkəsi 

tarixən qısa müddətdə böyük inkişaf yolu keçərək indi Şərqin 

qapısında mayaq kimi bir respublikaya çevrilib. 

Sovet hakimiyyəti illərində respublikanın  

iqtisadiyyatında, məişətində  və  mədəniyyətində köklü 

dəyişiklik oldu, hərtərəfli xalq kadrları yetişdi. Respblikada 

xalq səhiyyəsinin inkişafında da böyük nailiyyətlər əldə edildi. 

Xalqın maddi və mədəni səviyyəsinin yüksəlməsi, əmək 

və məişət  şəraitinin yaxşılaşması, geniş müalicə – profilaktika 

müəssisələri  şəbəkəsinin yaradılması, zəhmətkeşlərə ixtisaslı 

pulsuz yardım göstərilməsi nəticəsində  əhalinin sağlamlığının 

qorunması  işində xeyli  nailiyyət  əldə edilmişdir. Səhiyyənin 

daha da təkmilləşdirilməsi, tibb elminin inkişafı, geniş 

sanitariya – sağlamlaşdırıcı    tədbirlərin həyata keçirilməsi 

nəticəsində respublikada xəstəliklər, xüsusilə yoluxucu 

xəstəliklər – taun, vəba, təbii çiçək, səpgili yatalaq, malyariya, 

sifilis tamamilə ləğv edilmiş, traxoma, qarın yatalağı, difteriya 

və başqa yoluxucu xəstəliklərin sayı xeyli azalmışdır. 

Fərəhli  haldır  ki, 1999-cu  ildə Naxçıvan  MR-in  

səhiyyə nazirliyi, Naxçıvan Respublikasının 75-illiyi ilə 

əlaqədar olaraq, kollegiya iclasında Naxçıvan səhiyyə tarixinin 

yazılması haqqında məsələ müzakirə etmiş və bu haqda kitab 

yazılmasını nazirin müavini Tofiq Cəfərova tapşırmışdı. Onun 

tərəfindən az vaxt içərisində yazılan «Naxçıvan Muxtar 

respublikasında səhiyyənin inkişafı» adlı kitabda Naxçıvan 

səhiyyəsi haqqında çox maraqlı və qiymətli məlumatlar vardır. 

Kitabda səhiyyədə işləyən tibb kollektivinin əməyi daha geniş 

yer tutur. 

Onu da qeyd etmək yerinə düşərdi ki, tərəfimizdən 3 il 

aspirantura müddətində (1961-1964) yazılan və müdafiə 

olunan «Naxçıvan MSSR-də səhiyyənin inkişafı» (1828-1966-

cı illər) adlı dissertasiyanın 25-dən çox fraqmentləri 1962-

1972-ci illərdə nəşriyyatda, ayrı-ayrı jurnallarda, elmi-tədqiqat 

institutlarının  əsərlərində  dərc olunmuşdur. T.Cəfərovun 



 

 

 



yazdığı kitabda bu fraqmentlərin  əksərindən geniş istifadə 

olunmuşdur. Bunu nəzərə  alaraq oxuculardan xahiş olunur ki, 

bu monoqrafiyada cümlələrin, cədvəllərin, rəqəmlərin üst-üstə 

düşməsinə, təkrarlanmasına rast gələndə heç də 

təəccüblənməsinlər. 

Bu monoqrafiya hər şeydən əvvəl tarixi əhəmiyyət kəsb 

edir. Burada Naxçıvanın sovetləşməsinin ilk illərində, bərpa, 

quruculuq və müharibənin ağır, acılı illərində səhiyyənin tarixi 

və  mərhələli inkişafı ilə  bərabər respublikanın tibb 

kollektivinin, xüsusən səhiyyə  təşkilatçılarının fədakar  əməyi, 

əzmlə    və  səylə  işə can yandırmaları da göstərilib. Onların 

səhiyyənin bazasının möhkəmləndirilməsinə, 

əhalinin 

sağlamlaşdırılmasına, sanitar-sağlamlaşdırıcı 

tədbirlərin 

vaxtında həyata keçirilməsinə  sərf etdikləri səmərəli  əməyi

göstərdikləri xidməti işıqlandırmağa cəhd etmişik. 

Nə  qədər buna nail olmuşuq, onu oxucuların 

mülahizəsinə veririk. 

 

 

 



8


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin