Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi


Nadir Cəlil oğlu Məmmədli



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə36/48
tarix02.01.2022
ölçüsü1,59 Mb.
#2528
1   ...   32   33   34   35   36   37   38   39   ...   48
Nadir Cəlil oğlu Məmmədli 

 

Nadir Cəlil oğlu Məmmədli 



1897-ci ilin mart ayında Yelizavetpol 

quberniyasının Gəncə 

şəhərində 

anadan olub. 

1916-cı ildə  Gəncədə  səkkiz 

illik klassik gimnaziyanı bitirib. 

N.Məmmədli 1916-1917-ci illərdə 

Gəncə şəhərində müəllim, 1918-1919-

cu illərdə isə  Gəncə  şəhər bələdiyyə 

idarəsində müvəkkil işləmişdir. 1920-ci ildə o, Bakı  şəhərinə 

köçmüş  və  həmin ildən ömrünün axırına kimi əmək 

fəaliyyətini səhiyyə işi ilə bağlamışdır. 

Məmmədli  1920-1925-ci illərdə Azərbaycan Xalq 

səhiyyə komissarlığında  əvvəl inzibati şöbənin böyük 

kargüzarı, sonra isə işlər müdiri vəzifəsində çalışmışdır. 

N.

Məmmədli 1925-ci ildə Azərbaycan Dövlət 



Universitetinin tibb fakültəsinə  qəbul olunmuş  və oranı 

bitirmişdir. 

1930-cu ilin may ayında Azərbaycan SSR Xalq 

Komissarları Soveti Azərbaycan Dövlət Universitetinin tibb 

fakültəsini Azərbaycan Dövlət Tibb institutuna çevirmək 

haqqında qərar qəbul edir. Institutun ilk direktoru 

N.C.Məmmədli təyin olunur. O, institutda işlədiyi vaxtlarda 

respublikada ixtisaslı tibb kadrları hazırlamaq üçün Tibb 

institutunun nəzdində yeni fakültələrin açılması, ucqar rayonlar 

üçün həkimlərin hazırlanması, tədris bazalarının 

genişləndirilməsi və möhkəmləndirilməsi kimi məsələlərin 

həllində böyük təşkilatçılıq işi görür. 

Tibb institutu təşkil olunduqdan sonra bu yeni elm ocağı 

Milli tibb kadrlarının yetişdirilməsində böyük rol oynadı  və 

N.Məmmədlinin bu işdə böyük xidməti xüsusi təqdirə layiqdir. 

O dövrdə  əhali arasında geniş yayılmış malyariya 

xəstəliyinə qarşı mübarizə işi artıq dövlət əhəmiyyəti kəsb edir. 

Buna görə  də Azərbaycan Xalq Komissarları Soveti yanında 

malyariya komitəsi təşkil olunur və Xalq Komissarları 



 

 

 



165

Sovetinin sədri Dadaş Bünyadzadə eyni zamanda bu komitənin 

sədri təyin edilir. N.Məmmədli isə komitəyə üzv seçilir. 

N.Məmmədli malyariyaya qarşı mübarizəyə öz bilik və 

bacarığını  sərf edir. «Malyariya əleyhinə idarələrin işinə aid 

təlimat», Azərbaycan Tibb institutu nəzdində tropik fakültə 

təşkil edilməsi, 1932-ci ildə «Ikinci beşillikdə respublikada 

malyariya xəstəliyinin ləğv edilməsi və ona qarşı  tədbirlərin 

baş planı»nın hazırlanmasında fəal iştirak edir. 

Naxçıvan MSSR-də  səhiyyə  işlərini qaldırmaq və 

əhalinin sağlamlığını qorumaq üçün həyata keçirilən tədbirləri 

gücləndirmək məqsədilə N.Məmmədli Naxçıvana göndərilir və 

Muxtar Respublikanın Xalq Səhiyyə komissarı  təyin olunur. 

N.Məmmədli Naxçıvanda xalq səhiyyəsinin inkişafı üçün 

böyük işlər görür. 1934-1937-ci illərdə səhiyyə sahəsində əldə 

edilən nailiyyətlər – yeni xəstəxanaların açılması, çarpayıların 

sayının artırılması, respublika sanitar epidemioloji və 

Naxçıvan  şəhər Təcili yardım stansiyasının yaradılması, 

doğum və körpələr evinin, tibb məntəqələrinin təşkil edilməsi, 

tibb müəssisələri üçün yeni binaların tikilməsi, epidemik 

xəstəliklərə qarşı aparılan kompleks tədbirlər və s. 

N.Məmmədlinin adı ilə bağlıdır. 

1931-ci ildə ilk dəfə Naxçıvan  şəhərində tibb məktəbi 

açılmışdır. Bu vacib işin təşəbbüskarı N.Məmmədli olmuşdur. 

Həmin məktəb yerli əhalidən orta tibb işçisi kadrları 

hazırlamağa imkan vermişdir. 

1934-1936-cı illərdə Naxçıvanda mineral suların tədqiq 

edilməsi işində N.Məmmədlinin  əməyi daha böyükdür. Onun 

təklifi ilə Bakıdan göndərilən ekspedisiyalar Sirab, Badamlı, 

Darıdağ  və  Nəhəcir mineral sularının fiziki-kimyəvi xassəsini 

və onların müalicə əhəmiyyətini öyrənmişlər. 

N.Məmmədli nəinki bacarıqlı  təşkilatçı, təşəbbüskar 

həkim, fəal ictimaiyyətçi olmuşdur, o, həm də layiqli elmi işçi 

kimi tanınmış, bir çox elmi əsərin müəllifi olmuşdur. 

Nadir Cəlil oğlu Məmmədli 1937-ci ildə  Gəncə 

şəhərində vəfat etmişdir. 

 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin