Hüseyn Cabbar oğlu Abbasov
Hüseyn Cabbar oğlu Abbasov
1910-cu ildə Yelizavetpol quberni-
yasının Gəncə şəhərində anadan
olmuşdur.
1925-ci ildə Gəncə şəhər gecə
məktəbinə qəbul olunmuş, gündüz-
lər isə K.Marks adına toxuculuq
fabrikində fəhlə işləmişdir. 1929-cu
ildə ibtidai sinifi bitirib
Bakıyagetmişdir, gündüzlər burada Lenin adına toxuculuq
fabrikində fəhlə işləmiş, gecələr fəhlə fakültəsində oxumuşdur.
H.C.Abbasov 1933-cü ildə oranı bitirmiş və həmin il
Azərbaycan Tibb institutuna qəbul olaraq, 1939-cu ildə ali
təhsilini başa vurmuşdur. 1939-cu ildə Naxçıvana təyinat alır
və 1939-cu ildən 1944-cü ilin oktyabr ayınadək Şahbuz rayon
Səhiyyə şöbəsinin müdiri vəzifəsində işləyir. 1944-cü ilin
oktyabr ayında Naxçıvan şəhərinə dəyişilir və Naxçıvan şəhər
və rayon Səhiyyə şöbəsinin müdiri təyin edilir. O, bu vəzifədə
9 il işləyib.
H.C.Abbasov 1953-cü ilin iyun ayının 1-də Naxçıvan
MSSR Səhiyyə naziri vəzifəsinə təyin edilir və bu vəzifədə
1955-ci il may ayının 1-nə kimi işləyir. 2 ildən sonra o, nazir
vəzifəsindən azad olunaraq Naxçıvan respublika sanitar
epidemioloji stansiyada epidemioloji şöbənin müdiri vəzifəsinə
təyin edilir. Bu vəzifədə o, 17 il işləmişdir. 1972-ci ildə Gəncə
şəhərinə köçmüşdür.
H.C.Abbasov Şahbuz rayonunda işlədiyi müharibənin
ağır illərində səhiyyə şöbəsində epidemiyaya qarşı fövqəladə
komissiya yaradır. Komissiya sanitariya qaydalarına nəzarət
etmək, yoluxucu xəstəliklərin, ilk növbədə səpgili yatalağın
qarşısını almaq tədbirlərini həyata keçirir. Məhz bunun
172
nəticəsində o illərdə rayonda yoluxucu xəstəliklərin
yayılmasına yol verilmir.
H.C.Abbasov səhiyyə naziri işlədiyi illərdə
respublikada səhiyyənin daha da inkişaf etdirilməsinə, onun
bazasının möhkəmlənməsinə, xəstələrə göstərilən tibbi
xidmətin yaxşılaşmasına cəhd etmişdir. Yoluxucu xəstəliklərə
qarşı tədbirlərin vaxtında həyata keçirilməsinə nail olmuşdur.
H.C.Abbasovun 1954-cü il noyabr ayının 29-da
«Naxçıvan MSSR-də kənd əhalisinin dispanserizasiyasının
tədbirləri haqqında» verdiyi 202№-li əmr kənd əhalisinin
dispanserizasiyasının daha da geniş miqyasda aparılmasına və
onun keyfiyyətinin yaxşılaşmasına səbəb olmuşdur. Birinci
növbədə kəndlərdə mexanizatorları, qabaqcıl kolxozçuları
dispanser nəzarətinə götürdülər.
H.C.Abbasovun səmərəli əməyi Dövlət tərəfindən
qiymətləndirilmişdir.
H.Abbasov «Qafqazın müdafiəsinə görə», «1941-1945-
ci illərdə Böyük Vətən müharibəsi dövründə əməkdə
fərqləndiyinə görə» medalları, «Səhiyyə əlaçısına» və
«Sanitariya əlaçısı» döş nişanları ilə təltif olunmuş,
Naxçıvanın əməkdar həkimi fəxri adına layiq görülmüşdür.
O, ictimai işlərdə fəallıq göstərmişdir. 1948-ci ildə
Naxçıvan şəhər sovetinin, 1950-ci ildə Naxçıvan rayon
sovetinin deputatı olmuşdur.
H.C.Abbasov Gəncə şəhərində vəfat etmişdir.
|