Adpu-nun Şəki filialının tcm2001 qrup tələbəsi Aysu Azaqovanın İqtisadi-sosial coğrafiyanın əsasları fənnindən


Azərbaycanda sənayenin əhəmiyyəti



Yüklə 0,91 Mb.
səhifə11/14
tarix06.01.2022
ölçüsü0,91 Mb.
#51047
1   ...   6   7   8   9   10   11   12   13   14
Aysu Azaqova TCM2001 İqtisadi sosial coğrafiya sərbəst iş

10.Azərbaycanda sənayenin əhəmiyyəti

Sənaye Azərbaycanın təsərrüfatının əsas sahələrindən biridir. Onun inkişafını müəyyən edən təbii ehtiyatlar, ixtisaslı kadrlar,əmək ehtiyatları, onların əmək vərdişləri və istehlakçı potensialı ölkədə kifayət qədərdir. Lakin bu imkanlardan səmərəli istifadə edilmir,bu baxımdan son məhsul istehsal edən sənaye sahələrinin payı çox azdır.

Respublikada sənaye istehsalının ərazi təşkilində də uyğunsuzluqlar çoxdur. Ölkədə istehsal edilən sənaye məhsullarının 60%-i,əsas istehsal fondlarının 57%-i Abşeron iqtisadi rayonunda təmərküzləşir. Ölkənin təsərrüfat sahələri, xüsusilə sənaye müəssisələri müxtəlif təbii və sosial-iqtisadi amillərin təsiri ilə formalaşmış sənaye qovşaqlarında yerləşir. Bakı-Sumqayıt,Gəncə-Daşkəsən,Əlibayramlı-Salyan, Naxçıvan, Lənkəran, Şəki, Xaçmaz respublikada o lan əsas sənaye qovşaqlarıdır.

Yanacaq-energetika kompleksi

Azərbaycan yanacaq-energetika kompleksinin tərkibinə daxil olan daş kömür yataqları 1940-cı ildə Yuxarı Qarabağda aşkar olunub. Baş Qafqaz silsiləsinin cənubunda və Qəbələdə qonur kömür, Naxçıvanın yuxarı hissəsində qurumuş göllərdə, Talış dağlarında bataqlaşmış vadilerdə və Ləki yaxınlığında torf ehtiyatları mövcuddur. Xırdalanda, İsmayıllı və Quba rayonlarında yanar şist yataqları mövcuddur. Lakin bu sərvətlərin ehtiyatları çox az olduğuna görə yerli əhəmiyyət daşımır və bu baxımdan istifadəsi də iqtisadi səmərə vermir.



Neft sənayesi

Neft sənayesi respublikanın təsərrüfat strukturunda mühüm yer tutur. Onun inkişafı qara metallurgiya, maşınqayırma, neft-kimya,sement istehsalı və s.sahələrin formalaşmasına səbəb olmuşdur. Azərbaycanda neft və təbii qaz Abşeron (Xəzər dənizi daxil olmaqla),Aran, Quba-Xaçmaz, Gəncə-Qazax, Dağlıq Şirvan iqtisadi rayonlarında basil olunur.

Son illərdə neftə tələbatın artması, hasilatın əlverişli təbii-coğrafi şəraiti əlaqədar Xəzər dənizinin Azərbaycana aid bölməsində neft-qaz yataqları mənimsənilməyə başlamışdır. Xəzər regionunda 15-29 mlrd.barrel neft ehtiyatı vardır ki,163 mlrd.barrel neft də kəşf edilməmiş ehtiyat ola biləcəyi təxmin edilir.

Azərbaycanda neft-qaz hasilatını artırmaq,bu zaman yeni texnologiya tətbiq etmək,neft maşınqayırması sənayesinin müəssisələrini yenidən qurmaq,Xəzər dənizinin ekoloji tarazlığını nizamlamaq,onun şelf zonasından dərində olan yataqları istismar etmək və nefti dünya bazarına çıxarmaq üçün 1994-cü ildən bəri xarici ölkələrin neft şirkətləri ilə müqavilələr imzalanır.

İqtisadi rayonlarda sənaye əhəmiyyətli neft yataqları ilə yanaşı müalicə üçün lazımlı Naftalan nefti də yerləşir. Naftalan nefti dünyada bu tipli yeganə neft yatağıdır və 1887-ci ildən bu təbii sərvətdən istifadə edilir.



Qaz sənayesi

Təbii qaz sərbəst halda müstəqil yataqlardan,neftlə birgə çıxan səmt qazı (mədən qazı) formasında və maye qaz kondensat (propan-butan) kimi çıxarılır. Neft emalı zavodlarında müəyyən qədər təbii qaz alınır. Xəzər dənizində neftlə birgə çıxan qazdan istifadə etmək üçün ABŞ-ın “Pennzoyl” şirkəti Neft Daşlarında 9 kompressor qurğusu quraşdırmışdır. Buradan təbii qazın ötürülməsi üçün 48 km uzunluğunda kəmər çəkilmişdir.

Azərbaycanda sərbəst qazın əsas hissəsi Xəzər dənizinin, Abşeronun,Aran, Şəki-Zaqatala, Quba-Xaçmaz iqtisadi rayonlarının payına düşür. Ölkədə hasil edilən təbii qazın müəyyən hissəsi Qaradağ qaz emalı zavodunda emaldan keçir,kimya sənayesi üçün müxtəlif xammallar alınır. İqtisadi islahatların ümumi istiqamətinə uyğun olaraq “Azəriqaz” Səhmdar Cəmiyyətinin maye qaz istehsal edən müəssisələri 1997-ci ildən özəlləşdirilmişdir.

Elektroenergetika sənayesi

Ölkədə elektroenergetika sənayesinin əsasını İES-lər təşkil edir. İES-lərin üstün inkişafına səbəb onlar üçün xammal kimi istifadə olunan mazut və təbii qazın bolluğu,iri sənaye qovşaqlarında enerjiyə olan böyük tələbatdır. İES-lərə Bakı şəhəri yaxınlığında yerləşən “Qırmızı ulduz” İEM,L.Krasin adına DRES, Şimal DRES-i, Avropada ilk açıq tipli İES olan Əlibayramlı DRES, Mingəçevir şəhəri ətrafında yerləşən Azərbaycan DRES,Gəncədə İEM misal göstərilə bilər.

Ölkədə elektrik enerjisinin istehsalında SES-lərin rolu azdır, onların payına ümumi istehsalın heç 1/10-i belə düşmür. SES-lər Kür,Araz,Tərtər kimi iri çayların üzərində tikilmiş su anbarları ilə yanaşı yerləşir. Lakin yayda suvarmaya olan tələbatla əlaqədar onlarda enerji istehsalı azalır.

Azərbaycanda istehsal olunan elektrik enerjisi daxili tələbatı ödəmək üçün kifayət qədər olsa da,çox səmərəsiz istifadə olunur. Yaşayış məntəqələrinə , xüsusilə kəndlərə enerji lazımi qədər verilmir.



Qeyri-ənənəvi enerji mənbələri

Respublikanın qeyri-ənənəvi enerji mənbələrinə Abşeronda,Qobustanda və Xəzərin sahil zonalarında daim əsən küləyi, düzən ərazilərdə müşahidə edilən Günəş enerjisinin və geotermal suların enerjisini göstərmək olar. Küləyin sürəti 7m/san-dən yüksək olduqda ondan enerji almaq mümkündür. Temperaturu 100°-150°C-yə çatan geotermal sulara Kür-Araz, Abşeron, Lənkəran və digər rayonlarda rast gəlinir.Lakin bu təbii imkanlardan çox zəif istifadə olunur.



Maşınqayırma sənayesi

Azərbaycanda maşınqayırma sənayesi Abşeronda neft hasilatının inkişafı ilə əlaqədar və onun tələbatını ödəmək üçün yaradılmışdır. Bu səbəbdən də neft-mədən avadanlıqları zavodları maşınqayırma məhsullarının 25%-ni istehsal edir.



Həmin sahələrin inkişafına həmçinin iqtisadi rayonunun əlverişli İCM-i, ixtisaslı kadrlar,layihə-konstruktor bürosu və institutların olması,digər ölkə və regionlarda onun məhsullarına geniş tələbat da təsir edir.

Neft-mədən avadanlıqları istehsal edən müəssisələr “Başneftmaş Birliyi”-ndə birləşir.



Elektrotexnika

Respublikanın maşınqayırma sənayesində mühüm yer tutur,sahəyə daxil olan müəssisələrdə ümumi maşınqayırma məhsullarının 40%-i istehsal olunur. Elektrotexnika sənayesində təsərrüfat və əhalinin məişət ehtiyaclarının ödənilməsi üçün müxtəlif məhsullar istehsal olunur ki,bunlar arasında Bakı Elektroməişətcihaz Birliyində istehsal olunan məişət soyuducuları və kondisionerlər əsas yer tutur. Həmçinin bu sahədə digər bir neçə müəssisə də vardır. Məsələn, “İsti su” tipli su qızdırıcıları istehsalı üzrə Salyanda,kabel məmulatları hazırlanması sahəsində Mingəçevirdə,çini-izolyasiya məhsulları istehsalı üzrə Bakıda və Mingəçevirdə zavodlar yerləşir.

Maşınqayırmanın yeni sahələri kimi cihazqayırma, avtomatlaşdırma vasitələri və idarəetmə sistemləri istehsalı Bakıda yerləşən Geofiziki cihazqayırma zavodu, “Neftqazavtomaş” EİB,Gəncə cihazqayırma və “Billur” zavodları,Əli Bayramlı məişət cihazları zavodu, Qazanbulaq cihazqayırma zavodu təmsil edilir.

Lakin sənayenin bir çox sahələri üzrə ölkədə maşın və avadanlıq istehsalı ya yoxdur,ya da çox zəif inkişaf etmişdir. Bu sahələrə kimya, yüngül, yeyinti sənayesi üzrə avadanlıqlar və texniki proseslər istehsalı,k.t. və nəqliyyat maşınqayırması, xüsusilə avtomobilqayırma aiddir.

80-ci illərin sonu,90-ci illərin əvvəllərindən müəssisələrin kooperasiya əlaqələrində olduğu zavodlarla (Rusiya və digər keçmiş respublikalarla) əlaqələri kəsilmiş,nəticədə yeni məhsullar istehsal etmək, hazır məhsulları realizə etmək mümkün olmamışdır. Eyni zamanda istehsal obyektlərini köhnə üsullarla idarə etmək olmur. Ona görə də hazırda Azərbaycanda zavod və fabriklərin çoxu ya tamam işləmir,ya da onların istehsal gücünün cüzi hissələrindən istifadə olunur.


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin