Adpu-nun Şəki filialının tcm2001 qrup tələbəsi Aysu Azaqovanın İqtisadi-sosial coğrafiyanın əsasları fənnindən



Yüklə 0,91 Mb.
səhifə8/14
tarix06.01.2022
ölçüsü0,91 Mb.
#51047
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
Aysu Azaqova TCM2001 İqtisadi sosial coğrafiya sərbəst iş

7.Kimya sənayesi

Kimya sənayesi istehsal və texnikanın yeni sahələri üçün lazım olan bir çox məhsulların istehsalına imkan yaradır. Bəşəriyyət kimya sənayesinin köməyi ilə torpağın münbitliyini artırır,kənd təsərrüfatı bitkilərinin xəstəlikləri ilə mübarizə aparır və s. Kimya sənayesinin yüksək iqtisadi faydalılığı onunla izah edilir ki,bu sahə xammalın tam istifadəsinə imkan yaradır. Kimya sənayesində əsas xammal neft və qazdır,amma kimya məhsullarının çeşidləri genişlənir, yeni-yeni texnologiya tətbiq olunur. Külli miqdarda texnoloji proseslərdən istifadə edən, mürəkkəb sahə quruluşuna malik olan,minlərlə müxtəlif məhsul növləri istehsal edən kimya sənayesini 2 sahəyə : üzvi sintez yaxud polimerlər kimyasına və qeyri-üzvi yaxud əsas kimya sahələrinə bölürlər.

Qeyri-üzvi kimya sənayesində xammal kimi əsasən kükürd,pirit,fosforit, xörək və kalium duzlarından istifadə olunur və qeyri-üzvi birləşmələr (turşular,qələvilər, duzlar,mineral gübrələr) istehsal olunur. Üzvi sintez kimyasının əsas xammalı isə neft,qaz və kömür olub karbohidrogen xammalı (etilen,asitlen,benzol),sintetik materiallar(plastik kütlə,sintetik qətran,sintetik kauçuk,kimyəvi lif) və üzvi yarımfabrikatlar ( etil spirti,fenol,aseton) istehsal edir. Kimya sənayesi həm də enerjinin və istiliyin çox iri istehlakçısıdır. Kimya sənayesinin eyni zamanda böyük miqdarda suya tələbatı olduğundan onun müəssisələri çay və dəniz yaxınlığında yerləşdirilir. Kimya sənayesi mürəkkəb aparatlar, maşın və cihazlarla təmin olunmalı və müasir elmi-texniki bazaya malik olmalıdır. Dünya təsərrüfatı sistemində kimya məhsulları istehsalının 90%-i İEÖ-in ,o cümlədən 50%-i ABŞ-ın,20%-i Yaponiyanın və 30%-i digər ölkələrin payına düşür. Ötən əsrin ortalarında mineral gübrə istehsalında Qərbi Avropa, Şimali Amerika və sabiq SSRİ öndə idisə,müasir dövrdə Asiya regionu bu sahədə liderdir(40%),ikinci yerdə Şimali Amerika, üçüncü yerdə MDB ölkələri və dördüncü yerdə Qərbi Avropa regionudur. Son vaxtlarda Meksika, Braziliya,İran, Argentina, Hindistanda,o cümlədən Latın Amerikası, Asiyanın və Afrikanın bir çox ölkələrində kimya sənayesi inkişaf edir.



Mədən kimya sənayesi

Mədən sənayesinin ən iri xammal ehtiyatları bir sıra ölkələrdə cəmlənir,belə ki,fosfor xammalı istehsalının 80%-i cəmi üç ölkənin (Rusiya, ABŞ və Mərakeş) payına düşür,kalium duzlarının çıxarılmasında isə Rusiya,Kanada və Almaniya liderdir. Təbii kükürd hasilatının əsas hissəsi ABŞ, Özbəkistan, Polşa və Meksikanın payına düşürsə , idxalçıları da Qərbi Avropa və Yaponiyadır.

İkinci Dünya müharibəsi neft-kimya sənayesinin inkişafına təkan verdi.Bu dövrdə neftayırma müəssisələri Rotterdam,Marsel, Tokio,Mina-əl-Əhmədli və s.kimi dəniz portlarında yerləşmişdir. Dünyanın neft kimya istehsalında Rusiya, Avropa, ABŞ və Yaponiya əsas rol oynayır. Son illərdə Yaxın və Orta Şərqin neft çıxaran ölkələrində kimya sənayesinin yeni iri rayonları və mərkəzləri formalaşır:İran,İraq,Əlcəzairdə plastik kütlə, süni lif,süni kauçuk istehsalı yaradılmasına başlanılıb. Həmçinin iri neft kimyası kompleksləri Latın Amerikasının Meksika, Braziliya, Argentina və Venesuella kimi ölkələrində də yaradılıb.


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin