Adpu-nun Şəki filialının tcm2001 qrup tələbəsi Aysu Azaqovanın İqtisadi-sosial coğrafiyanın əsasları fənnindən



Yüklə 0,91 Mb.
səhifə10/14
tarix06.01.2022
ölçüsü0,91 Mb.
#51047
1   ...   6   7   8   9   10   11   12   13   14
Aysu Azaqova TCM2001 İqtisadi sosial coğrafiya sərbəst iş

9.Yüngül və yeyinti sənayesi

Yüngül sənayenin ən vacib sahəsi toxuculuqdur ki,ETT dövründə yüngül sənayenin inkişafında və yerləşməsində baş verən dəyişikliklər toxuculuq sənayesində də əks olunur. Kustar istehsal da nəzərə alınmaqla bu sahə bütün ölkələrdə öz yerini tutub.

Müasir avadanlıqlarla təchiz olunmuş müəssisələrdə toxuculuq istehsalı tamamilə avtomatlaşdırılmış şəkildədir. Toxuculuq sənayesinə kimyəvi liflərin emalının g enişlənməsi çox böyük təsir göstərmişdir. Hazırda toxuculuq sənayesində iplik sapların istehsalı inkişaf etdirilir. Bu saplardan əsas etibarilə trikotaj sənayesində istifadə olunur. Dünya toxuculuq sənayesinin strukturunda trikotajla bərabər , xalça istehsalının genişlənməsi də sürətlə artır. Toxuculuq istehsalında təbii liflərin müxtəlif növlərindən istifadə olunur. Bitki toxumlarından(pambıq,xepek və s.),küləşdən(kətan,cut və s.), yarpaqlardan (sizal və s.) alınan bitkilərdən hasil edilən lifdən daha böyük əhəmiyyətə malikdir. Heyvanlardan hasil edilən liflər arasında müxtəlif heyvan yunu mühüm əhəmiyyət kəsb edir. Dünyanın müxtəlif ölkələrində təbii ipək hələ də əhəmiyyətini saxlayır. Minerallardan hasil edilən lifdən (asbest)məhdud miqdarda istifadə edilir.

Pambıq ən mühüm toxuculuq xammalı olub,əkin sahəsi və yığımına görə Asiya birinci,Amerika ikinci,Afrika üçüncü yerdə qərarlaşıb. İxracatçıları Latın Amerikasında Braziliya,Peru, Meksika, Afrikada Misir, Sudan,Asiyada Suriya, Özbəkistan, Türkmənistandır. Əsas alıcıları isə Qərbin Avropa ölkələri və Yaponiyadır.

Yun parça sənayesi pambıq parçaya görə geridə qalıb, sintetik lif qarışığı ilə yun parça istehsalı artmaqdadır. Yun parça istehsalına görə İtaliya, Böyük Britaniya, ABŞ, Fransa, Rusiya fərqlənir.

İpək sənayesində həm təbii,həm də süni və sintetik lifdən istifadə olunur. Əsas istehsalçıları Çin, Yaponiya və Rusiyadır. Toxuculuq sənayesində cut və kətan da xüsusi yer tutur,cut istehsalının xeyli hissəsi Banqladeş və Hindistanın payına düşür,cut sənayesinin başlıca məhsulları giş (kisəlik parça),cut parça və xalça ərişidir. Kətan sənayesi yüksək keyfiyyətli toxuculuq lifi emal edir. Polşa Respublikası bu sənayedə daha çox inkişaf etmişdir. Kətan parça istehsalının 20%-i Avropa ölkələrinin (Belçika, Almaniya, Fransa və s.) payına düşür.

Sizal və xepekin istehsalı süni əvəzedicilərin (polipropilen) təsiri altında azalır. Hazırda bu liflərdən möhkəm ip istehsal edilir. Bu lifin əsas istehsalçıları Braziliya, Tanzaniya və Meksikadır.

Yeyinti sənayesi

Yeyinti sənayesi ASK-nin son məhsul istehsal edən sənayesi olub,əsas xüsusiyyəti sənayenin bu sahəsinin hər yerdə yerləşməsidir. Yeyinti sənayesi kənd təsərrüfatı ilə yanaşı digər sənaye sahələri ilə də əlaqədardır. Müasir yeyinti sənayesində mürəkkəb texnoloji avadanlıq, müxtəlif maşın,cihaz və qurğulardan istifadə olunur. Yeyinti sənayesinin balıqçılıq, ət-süd,duz hasilatı,un üyütmə, çörəkbişirmə,meyvə-tərəvəz konservləri, çay və s.kimi sahələri vardır.

Əhalinin ət və süd məhsullarına olan tələbatını ödəmək üçün ət və süd emalı müəssisələri yaradılmışdır. Emal sənayesinin həcmi, yerləşməsi xammal və istehlak amilləri ilə bağlıdır. Süd istehsalının artımı sayəsində onun sənayedə emalı güclənmiş, yağ,pendir və s. istehsalı da artmışdır. Xammal meyilli sahələr( şəkər, balıq meyvə-tərəvəz konservləri,ət, süd məhsulları) istehsal rayonlarında yerləşdirilir. İstehlak mərkəzlərində çörək,bulka bişirmə, şirniyyat, tütün sənayesi və s.cəmlənmişdir. Şimali Amerikada yeyinti sənayesi ixtisaslaşdırılmış kənd təsərrüfatı rayonlarına doğru meyl edir, çünki burada kənd təsərrüfatı məhsulları sənaye emalına məruz qalır. Qərbi və Şərqi Avropada yeyinti sənayesi yerli və idxal xammalı əsasında inkişaf edir. İEOÖ-də sənaye kənd təsərrüfatı məhsullarının az hissəsini emal edir,bu məhsulların xeyli hissəsi xammal şəklində ixrac olunur.


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin