11.Yaşadığım yerdə sənayenin inkişafı
Şəki-Zaqatala iqtisadi rayonunun sənayesi kənd təsərrüfatı məhsullarının emalına əsaslanır. 2007-ci ilin statistikasına görə ərazidə 103 sənaye müəssisəsi fəaliyyət göstərir. Amma ümumi məhsul istehsalına görə əvvəlki illərdən çox geri qalır. Həmçinin sənaye istehsalının sayı əvvəlki illərlə müqayisədə 1730 n əfər və ya 41% azalmışdır.
İqtisadi rayonda sənaye əsasən yeyinti, yüngül və qismən də tikinti müəssisələri ilə təmsil olunacaq olunmuşdur. Yeyinti sənayesi iqtisadi rayonda istehsal olunan ümumi sənaye məhsulunun 70%-dən çoxunu verir. İnzibati rayon mərkəzlərində olan ət, yağ,pendir, meyvə-tərəvəz,konserv zavodları, tütün fermentləşdirmə kombinatları, müxtəlif çeşidli şirniyyat müəssisələri yeyinti sənayesinin təmsil edir. Son illərdə rayonda olan mineral sular əsasında alkoqolsuz içkilər,mineral və qazlı sular istehsalı xeyli artıb.
İqtisadi rayonda əvvəllər sənayedə aparıcı sahə yüngül sənaye sayılırdı. 1990-cı illərə qədər Şəkidə fəaliyyət göstərən ipək-parça kombinatında ildə 35-40 milyon m² ipək parça istehsal edilir və 7 min nəfərdən çox işçi çalışırdı. Kombinat 1995-ci ildən fəaliyyətini dayandırmışdır. İqtisadi rayonda sonralar bəzi islahatlar nəticəsində sexlər,fabriklər açılsa da(Şəki və Zaqatalada tikiş kombinatları), hazırda yüngül sənaye rayonun ümumi istehsal həcmində 5% təşkil edir.
Sənaye sahələri içərisində üçüncü sahə tikinti materialları istehsalıdır ki,ərazidə bu sahənin inkişafı üçün perspektiv imkanlar vardır. Tikinti xammal ehtiyatlarının zəngin olmasına baxmayaraq,2000-ci illə müqayisədə,2007-ci ildə iqtisadi rayonda istifadəyə verilmiş əsas fondlarda artım müşahidə edilmiş,əvvəlki dövrlərə nisbətən isə istifadəyə verilən yaşayış yerləri 70,2%,bu sahəyə kapital qoyuluşu 97%,tikinti quraşdırma işlərinə ayrılan xərclər 84% artmış, bu sahədə çalışan işçi sayı isə 16,4% azalmışdır.
Rayon metallurgiya, elektroenergetika sənayesinin inkişaf etdirilməsi üçün real imkanlara malikdir. Bu baxımdan 2006-cı ildə Şəkidə modul tipli elektrostansiyanın istifadəyə verilməsi,burada emaledici sənaye sahələrinin inkişafı üçün yeni şərait yaratmışdır.
Dostları ilə paylaş: |