Adpu quba filialı LL kurs İbtidai sinif müəllimliyi 2102 b fənn: Pedaqoji fikir tarixi



Yüklə 24,94 Kb.
səhifə3/4
tarix01.12.2022
ölçüsü24,94 Kb.
#71709
1   2   3   4
A.Disterveqin əsas prinsipləri
A.Disterveqin pedaqoji irsində tərbiyənin mahiyyəti məqsədi və əsas prinsipləri mühüm yer tutur. A.Disterveq tərbiyənin məqsədini insan fəaliyyətinə, həqiqətə, gözəliyyə, xeyirxahlığa xidmət etməsində görürdü. Onun fikrincə, məktəbin vəzifəsi milli mənafeyi yüksək tutan, milli ədavətdən, milli məhdudluqdan uzaq insanlar tərbiyə etməkdir.
A.Disterveq "Alman müəllimlərinin təhsilinə rəhbərlik" (1835) adlı məşhur əsərində təlim və tərbiyənin qarşılıqlı əlaqədə olan iki prinsipini-təbiətəmüvafiqlik və mədəniyyətə müvafiqlik – fərqləndirirdi.
A.Disterveq tərbiyənin təbiətəmüvafiqliyini, yəni uşaq təbiətini təbii inkişafını uyğun olması fikrini müdafiə edirdi. İrsiyyətə üstünlük verən A.Disterveq deyirdi ki, palıd toxumundan müvafiq şəraitə düşdükdə başqa bir şey deyil, ancaq palıd ağacı bitə bilər.
A.Disterveq tərbiyənin təbiətəmüvafiqlik prinsipindən əlavə, həm də mədəniyyətəmüvafiqlik prinsipini irəli sürmüş, onun məzmununu şərh etmişdir. Bu prinsip tələb edir ki, tədris-tərbiyə prosesi xarici, daxili və ictimai mədəniyyət əsasında təşkil edilsin.
A.Disterveq xarici mədəniyyətə əxlaq normalarını, məişəti, istehlakı, daxili mədəniyyətə isə sosial münasibətləri və milli mədəniyyəti aid edirdi.


AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINDA TƏHSİL

Milli maarif sistemi istiqlaliyyət uğrundakı müharibədən sonra təşəkkül tapmışdır. 1852-ci ildə Massaçusets ştatında ibtidai məktəb sisteminin əsasını qoyan ilk qanun qəbul edilmişdir. Ştatların çoxunda təhsil 6 yaşından 16 yaşınadək icbaridir. 1974-cü ildə ümumtəhsil məktəblərin nəzdində birillik hazırlıq şöbələri yaranmışdır. 1974-cü ildə ümumtəhsil məktəblərində 50 milyon, peşə məktəblərində isə 12 milyondan çox şagird oxuyurdu. 1970-ci illərin əvvəlində 159 universitet və 2506 kollec fəaliyyət göstərirdi. Ali məktəb və kolleclərin çoxu, 1469-u xüsusi (özəl) olsa da, onlarda yalnız 2 milyon tələbə təhsil alırdı.


Xüsusi məktəblərdə təhsil haqqı dövlət ali məktəblərindəkindən xeyli yüksəkdir.
XIX əsrdə ABŞ-da milli təhsil sisteminin formalaşması prosesi həyata keçirildi. 1852-ci ildə Massaçusets ştatında, 1918-ci ilə qədər isə bütün ştatlarda ümumi icbari ibtidai təhsil haqqında qanun qəbul olunmuşdur.
Virciniya ştatında dövlət məktəbləri 1870-ci ildən fəaliyyət göstərirdi və 5–
17 yaşlarında təhsil məcburi idi. Bu ştatda 6,5 milyon nəfər əhalidən 1,3 milyonu (5 nəfərdən biri) təhsil alırdı və 77 min müəllim (hər 5–6 şagirdə bir müəllim düşürdü) fəaliyyət göstərirdi. Məktəb 5 günlük idi və təhsil müddəti ildə 180 gün idi. Hər gün tədris saatına 5 saatdan çox vaxt ayrılırdı. Aydındır ki, tədris prosesi nəyə, kimə, necə, nə vaxt suallarından doğan dinamik fəaliyyətdə yaranırdı. Onun nəticələri isə bilik, bacarıq və vərdişlərin davamlılığı ilə ölçülürdü. Şagirdlərin səviyyəsini müəyyənləşdirmək üçün yoxlamalar aparılırdı. Bu zaman şagirdlərin
topladığı ballara yox, onların bilik, bacarıq və vərdişlərinin səviyyəsinə diqqət yetirilirdi. Nəticə ictimaiyyətə açıqlanır və ilk növbədə valideynlərə çatdırılırdı. Təhsil möəssisələrinə dövlətin mühüm sahəsi kimi baxılırdı.
Amerika təhsil sistemi tədricən ibtidai və ümumtəhsil modeli istiqamətində təkamül etmişdir. XIX əsrdə təhsil sistemində çoxvariantlılıq yaranmışdı. ABŞ-da məktəb sistemi qeyri-mərkəzləşmiş prinsip əsasında qurulmuşdu. XIX əsrin ortalarında ABŞ-da formalaşan xalq təhsili özündə üçpilləli sistemi birləşdirmişdi: 1) ibtidai məktəb (6–14 yaşlılar); 2) orta məktəb (14–18 yaşlılar); 3) ali məktəb.
XX əsrin əvvələrində ABŞ-da 16 yaşa qədər (bəzi ştatlarda 18 yaşa qədər)
pulsuz təhsil sistemi mövcud idi. Ümumtəhsil məktəblərin strukturunda müstəqillik var idi. Bəzi ümumtəhsil məktəbləri 8+4 (8 illik ibtidai və 4 illik orta məktəb), bəziləri isə 6+3+3 (6 illik ibtidai, 3 illik natamam orta və 3 illik tam orta məktəb) quruluşuna malik idi. ABŞ-da dövlət ümumtəhsil məktəbləri ilə yanaşı, xüsusi (özəl) və elitar (akademiya) məktəblər də fəaliyyət göstərirdi. XX əsrin birinci yarısında ABŞ-da təhsil praqmatizmi (yunanca, praqma-«iş», «hərəkət») üstünlük təşkil edirdi. İbtidai və natamam orta təhsildən sonra şagirdlər üç əsas təhsil qrupuna ayrıldı, yəni:

  • ümumtəhsil məktəblər (burada şagirdlərə nəzəri bilik verilir və universitetlərə istiqamətləndirilirdi);

  • orta məktəb (burada şagirdlər texniki universitetlərdə təhsil almağa hazırlanırdı);

  • ixtisaslaşdırılmış tədris müəssisələri.

Xüsusi məktəblər spesifik xüsusiyyətə malik idi. Bu məktəblər əsasən
ödənişli idi, bəziləri isə olduqca baha və imtiyazlı idi.
ABŞ-da XX əsrin sonunda olduqca mürəkkəb və çoxpilləli, bir neçə hissədən ibarət yüksək səviyyədə inkişaf etmiş təhsil sistemi formalaşmışdı. XX əsrin ikinci yarısında ABŞ-da pulsuz icbari təhsilin müddəti artırıldı, ibtidai və orta məktəblər arasında aralıq mərhələ yarandı.
Müxtəlif ixtisas dərəcələrinə uyğun kadr hazırlığı ali və orta məktəblərdə, dövlət peşə təhsili müssisələrində, xüsusi şirkətlərin təhsil müəssisələrinin kurslarında və bilavasitə iş yerlərində hazırlanırdı. Digər tərəfdən işçi qüvvəsi hazırlanmaqla yanaşı, təhsil sistemi getdikcə daha yüksək dərəcədə mühüm sosial funksiyanı (vəzifəni) yerinə yetirirdi. Bir çox hallarda isə vətəndaşları gələcək və ya hazırkı peşə fəaliyyətinə hazırlamaq və inkişaf etdirmək məqsədi qarşıya qoyulmuşdu.
ABŞ-da yaradılmış çoxpilləli təhsil sistemi yeni ali təhsilin quruluşuna görə dünyada etalon olaraq ən yaxşı, mökəmməl sistem kimi qəbul olunmuşdu.
Halbuki bu sistemi ilk dəfə Qərbi Avropa ölkələri və Yaponiya qəbul etmişdi.
Amerika təhsil sisteminin əsas pilləsi orta məktəb təhsil sistemidir. O həm xüsusi peşə biliklərinin əsas sahəsini təşkil edir, həm də uşaqların və yeniyetmələrin ümumi inkişafına istiqamətləndirilmiş humanitar xarakterli ümumi bilikləri vermək üçündür. 1997-ci ildə ABŞ-da 108 minə yaxın orta və ibtidai məktəb var idi və bu məktəblərdə 51 milyondan artıq məktəbli təhsil alırdı. Orta təhsilin əsasını 87 mindən artıq dövlət məktəbləri təşkil edirdi. ABŞ-da ibtidai və orta təhsilə ayrılmış vəsaitin ümumi həcmi 1997-ci ildə təxminən 340 milyard dollar idi. Qeyd edək ki, özəl məktəblər dövlət məktəblərindən daha keyfiyyətli təhsil verirlər.
1990-cı ilin oktyabr ayında ABŞ prezidenti C.Buş təhsillə bağlı memorandum imzalamışdır. Birləşmiş Ştatlar həmişə federal və ştat hökumətləri ilə təhsilin vahid dövlət formasında inkişafı ilə bağlı danışıqlar aparmışdır. 1990-cı illərdə təhsil sistemində islahatın əsas istiqaməti təhsilin keyfiyyətinin yaxşılaşdırılmasından ibarət idi. Əsas problemlərdən biri müasir informasiya texnologiyalarına və başlıca olaraq kompyuterlər əsasında məktəblərin texniki təchizatının yüksəldilməsinə yer verilməsi idi. 1997-ci ildə ölkənin bütün dövlət məktəblərinin 78%-I internetə çıxışla təmin olunmuşdur.

Yüklə 24,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin