Ad,soyad: Zeynəb Əsgərova Fakultə: Təhsil 1 Qrup: 118 Fənn: Multikulturalizmə Giriş Mövzu



Yüklə 145,64 Kb.
səhifə1/2
tarix09.05.2023
ölçüsü145,64 Kb.
#110296
  1   2
Multikulturalizm


Ad,soyad:Zeynəb Əsgərova
Fakultə:Təhsil 1
Qrup:118
Fənn:Multikulturalizmə Giriş
Mövzu:Azərbaycanda çoxmədəniyyətli ideologiyanın mənşəyi və təbliği
Müəllim:Anar Osmanlı

Çoxmədəniyyətli ideologiya- mədəniyyətlərin, irqlərin və etnik mənsubiyyətlərin, xüsusən də azlıq qruplarının üstünlük təşkil edən siyasi mədəniyyət daxilində fərqliliklərinin xüsusi diqqətə layiq olmasıdır.

Çoxmədəniyyətli ideologiya- mədəniyyətlərin, irqlərin və etnik mənsubiyyətlərin, xüsusən də azlıq qruplarının üstünlük təşkil edən siyasi mədəniyyət daxilində fərqliliklərinin xüsusi diqqətə layiq olmasıdır.

Bu anlayış bütövlükdə siyasi icmanın mədəni həyatında töhfələrin tanınması, müəyyən mədəni qruplar üçün qanun çərçivəsində xüsusi müdafiə tələbi və ya müəyyən mədəniyyətlər üçün muxtar idarəetmə hüquqlarının tanınması formalarını ala bilər. Multikulturalizm həm müasir demokratik ölkələrdə mədəni plüralizm faktına cavab, həm də mədəni qrupların keçmiş təcrid, ayrı-seçkilik və təzyiqlərə görə kompensasiyasının yoludur.

Müasir demokratiyaların əksəriyyəti müxtəlif mədəni baxışları, təcrübələri və töhfələri olan üzvlərdən ibarətdir. Bir çox azlıqların mədəni qrupları keçmişdə öz töhfələrinin və şəxsiyyətlərinin təcrid edilməsi və ya pislənməsi ilə üzləşmişlər. Multikulturalizm cəmiyyətin müxtəlif üzvlərinin fikirlərini və töhfələrini nəzərə almağa çalışır, eyni zamanda onların fərqliliklərinə hörmətlə yanaşır və onların dominant mədəniyyətə assimilyasiyasını tələb etmir..


Çoxmədəniyyətli İdeologiya Nədir?
Azərbaycanda multikulturalizmin tarixi
Azərbaycanda ən qədim zamanlardan indiyə qədər müxtəlif dillərə və etiqadlara inanan, müxtəlif dillərdə danışan insanlar indiyədək ölkəmizdə sülh əmin-amanlıq içində yaşamışlar. İslamın gəlişi ölkəmizdə mövcud olmuş müxtəlif dinlərin sıxışdırılmasına imkan vermədi. İslamın qəbul edilməsinə baxmayaraq, ölkəmizdə təktanrılı dinlərin tərəfdarı olan xristianlıq və yəhudilik də qorunub saxlanıldı. Düzdür, islamın gəlişi ilə e.ə VI əsrdən bəri daha çox Azərbaycanın cənubunda mövcud olan zərdüştlük zəifləməyə başladı. Hazırda dünyada zərdüştlüyə sitayiş edənlərin sayı azdır. Bakının Suraxanı qəsəbəsində zərdüştlük dininə aid maraqlı od məbədi - Atəşgah bu gün də qorunub saxlanır və ölkəmizin əsas memarlıq abidələrindən biridir.
Azərbaycanda yayılan monoteist dinlərdən biri də yəhudilikdir. Yəhudlilər daha çox və toplu halda Quba rayonundan Qusara gedən yolun üstündə Qırmızı qəsəbədə yaşayırlar. Əhalinin 99 faizi dağ yəhudiləridir. Qəsəbədə 3 sinaqoq var. 200 yaşlı sinaqoq 2010-cu ildə təmirdən sonra əhalinin istifadəsinə verilmişdir. Eyni zamanda, bir rusdilli məktəb də fəaliyyət göstərir. Hazırda Bakıda, Quba və Oğuz daxil olmaqla, ümumilikdə yeddi sinaqoq, Gəncə və Sumqayıt şəhərlərində isə yəhudi dini icmalarına məxsus ibadət evləri fəaliyyət göstərir. Dağ yəhudilərindən sonra Azərbaycanda məskunlaşan Gürcü yəhudiləridir ki, onlar gürcü dilində danışan yəhudilərdir. Eyni zamanda, Azərbaycanda məskunlaşan daha bir yəhudi icması Avropa yəhudiləridir (aşkenazilər).
Azərbaycanda daha geniş yayılmış dinlərdən olan xristianlığın üç qolu ölkəmizdə təmsil olunur: Pravoslavlıq, Katoliklik və Protestantlıq. Müasir dövrdə Azərbaycanda yaşayan xristianların sayı 200000 nəfərə yaxındır. Bu dinə əsasən, rus, ukrayn, yunan, gürcü və belarus millətlərindən olan nümayəndələr etiqad edir. Eyni zamanda, müxtəlif dövrlərə aid olan xristian tikililəri xüsusi qayğı ilə qorunub saxlanılır.
Azərbaycanda Multikulturalizmin Əsasının Qoyulması
Ümummilli Lider Heydər Əliyev respublikamızda multikulturalizm siyasətini uğurla həyata keçirmiş və ölkəmizi dünya miqyasında multikulturalizm ölkəsi kimi tanıdıb. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural adətlərinin qorunması sahəsində həyata keçirilən siyasət hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Cənab İlham Əliyev ölkəmizdə multikulturalizmin inkişaf etdirilməsində və multikulturalizmin ölkənin sosial iqtisadi inkişafında rolunun artırılmasında misilsiz xidmətləri olub. Belə ki, ölkədə multikulturalizmin daha da inkişaf etdirilməsi məqsədilə Cənab İlham Əliyevin 15 may 2014-cü il tarixli sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas vəzifələri Azərbaycan Respublikasında mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirməkdən, multikultural həyatda müxtəlif bölgələrə aid mədəniyyətlərin bir-birinə təmas dərəcəsini öyrənmək və təşviq etməkdən, müxtəlif dinlərə mənsub gənc din xadimlərinin peşəkar dini, dünyəvi biliklərinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən və multikulturalizm üzrə dünya mütəxəssislərinin, eyni zamanda, keçmiş və müasir siyasi, ictimai, elm, mədəniyyət, incəsənət xadimlərinin şəxsi təcrübələrini təhlil etmək və yaymaqdan, eləcə də multikulturalizmin ölkənin sosial iqtisadi inkişafına təsirini təhlil etməkdən ibarətdir. Azərbaycan Respublikasında multikulturalizmin bir siyasət olaraq inkişaf etdirilməsi, dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri ilə iqtisadi əlaqələrin möhkəmlənməsinə də təsir göstərir.
Tarixdə ilk dəfə olaraq 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət olunmuşdur. Həmin tədbirin hər iki qurumun fəal üzvü olan Azərbaycanda baş tutması isə, təbii ki, böyük siyasi məna daşıyırdı. Respublikamız bu məsələdə liderliyini sonrakı illərdə də qoruyub saxlamışdır. 2009-cu ildə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına isə Avropa Şurasından mədəniyyət nazirləri qatılmışdı. “Bakı prosesi” adlanan bu təşəbbüs sonradan Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşünün, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsinə təkan verdi. 2010-cu ilin aprelində Bakıda dünya dini liderlərinin sammitinin keçirilməsi, noyabrda isə “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda tədbirin yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin ölkədə dini tolerantlığa xüsusi önəm verməsindən irəli gəlirdi. 2011-ci ilin aprel ayında Azərbaycanda növbəti möhtəşəm tədbir - Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” devizi altında 2013-cü il may ayının 29-dan iyunun 1-dək Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu və 2015-ci il 18-19 mayda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin siyasi-mədəni həyatında mühüm hadisə kimi yadda qalmışdır.
Azərbaycanda Multikulturalizmin Təbliği

Yüklə 145,64 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin