II
Rus dilində. Tiflis. Yazılış tarixi qeyd edilməmişdir. Cizgili vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Məktub Məmmədəli Sidqiyə ünvanlanmışdır.
Məzmunu: Antik rus və müsəlman pullarını yığdığını bildirir və pulların yolda itib-batmaması üçün Aleksandr və ya başqa şəxslərlə göndərilməsini xahiş edir.
Başlanır: Mnoqouvajaemıy Qospodinğ!..
Bitir: … s uvajeniem, İosef Rotter.
Ölçüsü: 13,5x20 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 489*.
15.İSGƏNDƏR XAN QAFARXANOVDAN Rus dilində. Yazılış tarixi 21 iyul, 1911-cı il, Təbriz. Cizgili vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır. Sonda İ.Qaraxanovun bənövşəyi rəngdə ştampı var. Məktub D.A.Kazarova ünvanlanmışdır.
Məzmunu: Tiflisdə olduğu zaman sifariş verdiyi kitabların ya ona göndərilməsini, ya da «Molla Nəsrəddin» redaksiyasına verilərək pulun qalığını oradan alınmasını xahiş edir.
Başlanır: Mnoqouvajaemıy Qos. D.A.Kazarov…