17.TƏBRİZ ŞƏHƏRİNİN ABUNƏ DƏFTƏRİ Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi qeyd edilməmişdir. Ağ sapla bir-birinə tikilmiş saya vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Üz vərəqində «Dəftəri-abuneyi-şəhri-Təbriz» qeyd olunmuşdur. Hər səhifə qara karandaşla 32 xanaya bölünmüşdür. Xanalarda 212 abunəçinin sıra nömrəsi, familiyası, ünvanı və qəbz nömrəsi göstərilmişdir. Sondan vərəqlərin bir hissəsi cırılıb götürülmüşdür.
Ölçüsü: 22,5x35 sm; həcmi: 36+2 (boş) vərəq; fond 6, s.v. 334.