I Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. 2 nüsxədən ibarət surətdir. «K» imzası ilə yazılmış məqalənin başlığında «Kopiə so statği napeçatannoy v № 237 qazetı «Bakinskiy raboçiy» ot 1930 q., pod zaqlaviem «na samolet» Molla Nasr-Gddin» qeyd olunmuşdur. Məqalədə «Molla Nəsrəddin» jurnalının cəhalətə, savadsızlığa qarşı mübarizədə əvəzsiz rolundan danışılır.
Ölçüsü: 21x24,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 465.
II Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Dama-dama vərəqin bir üzünə qara karandaşla iki müəllimin şəkili çəkilmiş rəsmə verilən mətn isə göy mürəkkəblə yazılmışdır. 2 fəsildən ibarətdir. M.İsgəndərzadənin «M.İ.» imzası ilə yazılmış məqaləsində ictimaiyyət və ədəbiyyat müəllimi H.Seyfullayevlə hərbi müəllim H.İsmayılovun məktəbin həyətində tələbələr qarşısında əlbəyaxa olmasından danışılır.
Ölçüsü: 14,5x19,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 466.
III Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Qəza şöbə müdiri «M.H.Münşizadə» imzası ilə yazılmış məqalənin başlığında «Camaat həvəsdən düşür» qeyd olunmuşdur. Üzərində Az.OZFAN-ın Azərbaycan Ədəbiyyatı Kabinetinin ştampı və M.Münşizadənin imzası vardır. Məqalədə 1905-ci ildən çıxan «Molla Nəsrəddin»51 jurnalını oxuyan hər kəs öz pis əməlini həmin aynada görüb ibrət almasından danışılır. Eyni zamanda mövhumatla mübarizə edən ayrıca rəsmli bir jurnalın dərc olunmasını təklif edir.
Ölçüsü: 24x49 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 467.
IV Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 21 aprel, 1929-cu il. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Ə.Qəmküsarın qardaşı Rzaqulu Nəcəfovun «R.N.» imzası ilə yazılmış məqaləsinin başlığında «Əliqulu Qəmküsar» qeyd olunmuşdur. Məqalədə Ə.Qəmküsarın ölümündən 10 il keçməsinə baxmayaraq Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti və Azərnəşr tərəfindən onun əsərlərinin bir yerə toplanılıb nəşr edilməməsindən danışılır. Həmin məqalə sonradan «R.N.» imzası ilə «Dan ulduzu» qəzetinin 4-cü sayında nəşr olunmuşdur.
Ölçüsü: 7,5x45 və 11,5x35,5 sm; həcmi: 8 vərəq; fond 6, s.v. 468*.
V Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi qeyd edilməmişdir. «Dan ulduzu» qəzetinin 4-cü sayının yalnız 15-16-cı səhifələridir. Rzaqulu Nəcəfovun «R.N.» imzası ilə yazılmış məqaləsinin başlığında «Əliqulu Qəmküsar» qeyd olunmuşdur. Məqalədə Ə.Qəmküsarın ölümündən 10 il keçməsinə baxmayaraq Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti və Azərnəşr tərəfindən onun əsərlərinin bir yerə toplanılıb nəşr edilməməsindən danışılır. Həmin məqalənin əlyazması yuxarıda göstərilmişdir.
Ölçüsü: 24x33 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 468*.
VI Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 15 aprel, 1931-ci il, Xıllı. Cizgili vərəqin hər iki üzünə yaşıl mürəkkəblə yazılmışdır. «5 müxbir» imzası ilə yazılmış məqalənin başlığında «Nervinli müdir» qeyd olunmuşdur. Sonda Xıllı kəndli müxbirlərinin adları açıqlanır: Əbdülhüseyn Zamanov, Musa Əsədov, Qaraş Mustafayev, Əhmədağa İbrahimov və Hüseynəli Qədimov. Məqalədə Xıllı Kolxoz Cavanlar məktəbinin müdiri Cahangir İsmayılovun tələbələri döyüb-söyməsindən danışılır.
Ölçüsü: 22x31 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 469.
VII Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 30 mart, 1931-ci il, Kəmərli dairəsi. Cizgili vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. 3 nəfərin imzası ilə yazılmış məqalənin başlığında «Molla əmiyə» qeyd olunmuşdur. Sonda həmin 3 nəfərin adları açıqlanır: Söllu dəmir kolxozunun üzvləri Abbas Mehdiyev, K.Məmidov və Basarkeçər Zod kolxozunun üzvü Əli Usubov. Məqalədə 40 nəfərdən 20 manatdan yığılıb göndərilməsinə baxmayaraq, hələ də vəsiqələrini ala bilməmələrindən danışılır.
Ölçüsü: 16x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 470*.