12.SKAZKA O XANUME-SOROK BUTONOV Rus dilində. Yazılış tarixi 20 fevral, 1941-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Nağıl Həmidə Məmmədquluzadə tərəfindən Azərbaycan dilindən rus dilinə tərcümə edilmişdir. Saya vərəqin bir üzünə qara karandaşla yazılmışdır. Vərəqlər nömrələnmişdir. Sonda «1941, 20-qo fevralə. Perevela s Azerbaydj. Q.x.Mamedkulizade» qeyd olunmuşdur. Əsərin müəllifi göstərilməmişdir.
Ölçüsü: 20,5x30,5 sm; həcmi: 37 vərəq; fond 6, s.v. 459*.
13.SKAZKA PRO İLĞƏSA Rus dilində. Yazılış tarixi 6 fevral, 1941-ci il, Bakı. Nağıl Həmidə Məmmədquluzadə tərəfindən Azərbaycan dilindən rus dilinə tərcümə edilmişdir. Saya vərəqin bir üzünə qara karandaşla yazılmışdır. Vərəqlər nömrələnmişdir. Sonda «6-qo fevr. 1941 q. q. Baku. Perevela s Azerbaydjanskoqo Qamida x.M.» qeyd olunmuşdur. Əsərin müəllifi göstərilməmişdir.