5.Ə.BABAYEVDƏN Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 13 aprel, 1930-cu il, Daşsalahlı. Poçt blankına qara karandaş və bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: 4 manat 50 qəpik vüsul olduğunu bildirir.
Başlanır: Param az olduğuna görə…
Bitir: … vaxtında göndərin. Babayev.
Ölçüsü: 11x12 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 193*.
6.ƏLƏKBƏR SABİR TAHİRZADƏ ŞİRVANİDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 12 yanvar. İli və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Əvvəlki məktubları ilə göndərdiyi şeirlərin Mirzə Cəlilə çatdığını və gələcəkdə çox şeir yazacağına ümid etdiyini bildirir.
Başlanır: Möhtərəm əfəndi. İki həftə…
Bitir: … Ələkbər Sabir Tahirzadə Şirvani.
Ölçüsü: 13,5x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 215.
7.ƏLİ ƏKBƏRDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 20 yanvar. İli və harada yazıldığı qeyd edilməmişdir. Dama-dama vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Qafqazdakı qarışıqlıqlarla əlaqədar poçtun abunəçilərə sifarişlərin vaxtında çatdırılmaması haqda jurnalda elan verməməsini məsləhət görür və göstərilən ünvanlara jurnal göndərilməsini xahiş edir.
Başlanır: Mirzə! Marağadan gələndən…
Bitir: … Uşaqları öpürəm. Əli Əkbər.
Ölçüsü: 22x18,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 193*.
8.ƏLİ RAZİ ŞAMÇIZADƏDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 24 dekabr, 1916-cı il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: «Ölülər» əsərinin tamaşası ilə bağlı yazır.
Başlanır: Möhtərəm Mirzə Cəlil…
Bitir: … Ehtiramla: Əli Razi Şamçızadə.
Ölçüsü: 19,5x30,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 232*.
9.ƏLİ SƏFƏROVDAN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 14 aprel, 1928-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya qoşa vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqin bir küncü yarıdan eninə kəsilmişdir.
Məzmunu: Kərbəlayi Ələsgər ağanın vergisinin götürülməsi və ya azaldılması barəsindədir.
Başlanır: Yoldaş Mirzə Cəlil!…
Bitir: … Baqi-ehtiram. Əli Səfərov.
Ölçüsü: 11,5x17 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 217.
10.ƏLİŞ ƏLİQDƏN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 8 sentyabr, 1929-cu il, Saatlı. Dama-dama vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Sentyabr ayından Saatlı məktəbinə təyin olunduğu üçün jurnalın yeni ünvana göndərilməsini xahiş edir.
Başlanır: Möhtərəm Cəlil Məmməd Kulu Zadə!..
Bitir: … Saatlı məktəb müdiri Əliş Əliq.
Ölçüsü: 11,5x18 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 193.
11.ƏSGƏRDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 24 mart. İli və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə göy mürəkkəblə yazılmışdır.
Məzmunu: Seçki hüquqlarından məhrum edildiyini bildirir və ona yazıb göndərdiyi ərizənin lazımi yerə çatdırılmasını xahiş edir.
Başlanır: Bəradərim Mirzə Cəlil!..
Bitir: … lazım olarsa, verəsiniz yerinə.
Ölçüsü: 22x17,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 195.
12.FƏRƏCULLA PİŞNAMAZZADƏDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 6 rəbius-sani 41, Nuxa. İli qeyd edilməmişdir. Cizgili vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Onunla görüşmək istədiyini bildirir.
Başlanır: Ədibi-möhtərəm, etimadi…