Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə68/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   64   65   66   67   68   69   70   71   ...   295
13.HEYDƏR QAZIYEVDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 30 sent­yabr, 1931-ci il, Nehrəm. Cizgili vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: 3-4 manat borc pul göndərilməsini xahiş edir.
Başlanır: Əzizim əmi! Əvvəla salam…

Bitir: … Qardaş oğlun Heydər Qazıyev.

Ölçüsü: 15x17 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 189*.
14.HƏMİDƏ MƏMMƏDQULUZADƏDƏN

I
Rus dilində. Yazılış tarixi 21 sentyabr, 1918-ci il, Şuşa. Ciz­gili qoşa vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə ya­­zılmışdır.



Məzmunu: Şuşada aclıq olduğunu və ona çatan 2500 manat pulun az olduğunu yazır.
Başlanır: Doroqoy Djalil! Pisğmo…

Bitir: … bılo deneq, day emu. Qamida.

Ölçüsü: 13x20,5 sm; həcmi: 4 vərəq; fond 6, s.v. 184*.
15.HƏMİDƏ MƏMMƏDQULUZADƏDƏN

II
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Başqa xətlə qara karandaşla «dekabr 1930 q.» qeyd olunmuşdur. Cizgili qoşa cizgili vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: Mirzə Cəlildən xəstəliyinə görə nigaran qal­dığı­nı, Midhətə və ona yazdığı məktublara cavab almadığını yazır.
Başlanır: Djalil! Tvoə boleznğ nas…

Bitir: … pojelaniə vseqo xoroşeqo. Qamida.

Ölçüsü: 13x20 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 185.
16.HƏSƏN ƏLİ MƏCİDOVDAN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 28 iyun, 1930-cu il, Astraxan. Dama-dama vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: Abdulla Mamedov adlı şəxsin abunə üçün yığ­dığı 120 manatı idarəyə verib-vermədiyini və nə səbəbə gö­rə onlara jurnal göndərilmədiyini soruşur.
Başlanır: Möhtərəm Cəlil Məmməd Kuli Zadə!..

Bitir: … İmza: Həsən Əli Məcidov.

Ölçüsü: 22,5x16 sm; hcmi: 1 vərəq; fond 6, s.v. 204*.
17.XALQ KOMİSSARLAR ŞURASININ İŞLƏR

MÜDİRİ MƏMMƏDZADƏDƏN


Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 9 dekabr, 1922-ci il, Bakı. Dama-dama vərəqin hər iki üzünə qır­mızı mürəkkəblə yazılmışdır.

Məzmunu: Fayton göndərilməsi barədə göstəriş verildiyini və gələcəkdə də nə vaxt lazım olarsa mümkün olduğunu bildirir.
Başlanır: Möhtərəm Mirzə Cəlil…

Bitir: … göndərəcəklər. Məmmədzadə.

Ölçüsü: 10x16 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 202.

18.İSMAYILDAN39

I
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 5 okt­yabr, 1919-cu il, Tiflis. Dama-dama vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: Yayda ona yazdığı cavab məktubunun yetişmədiyinin səbəbi və mətbəədəki kağızlar barəsində yazır.

Başlanır: Möhtərəm Mirzə! Yay…

Bitir: … Baqi-ehtiram. İsmayıl.

Ölçüsü: 21x21,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 197.
19.İSMAYILDAN

II
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 30 mart, 1929-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Dama-dama vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: C.Məmmədquluzadənin Tiflisdə olduğu zaman onunla görüşə bilmədiyinə təəssüf edir və öz güzəranından yazır.

Başlanır: Möhtərəm Mirzə! Əvvəla…

Bitir: … cavabı bir az gec yazdım.

Ölçüsü: 21x26,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 198.
20.İSMAYIL HƏQQİDƏN

III
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 26 no­yabr, 1927-ci il, Tiflis. Dama-dama vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: «Molla Nəsrəddin»in tarixi və C.Məmməd­qulu­zadənin gizli imzaları ilə bağlı xahiş məktubuna cavab yazır.
Başlanır: Əziz və hörmətli Cəlil…

Bitir: … baş mürəttibi: İsmayıl Həqqi.

Ölçüsü: 21x26,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 198.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin