Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə83/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   79   80   81   82   83   84   85   86   ...   295
10.KİTAB MAĞAZASINA
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 24 okt­yabr, 1927-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: Kitab mağazasında qalan kitabların sayı və onla­rın pulu hesablanaraq bildirilir.
Başlanır: Məktub. Kitab mağazasına…

Bitir: … Molla Nəsrəddin tərəfindən.

Ölçüsü: 20x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 168.
11.KURORT BÜROSUNA
Rus dilində. Yazılış tarixi 29 aprel, 1931-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktub sonda «Molla Nəsrəddin» jurnalı redaksiyasının bənövşəyi rəngli möhürü və katibinin imzası ilə təsdiqlənmişdir.

Məzmunu: Redaksiya jurnalın redaktoru arterioskleroz xəstəliyindən əziyyət çəkən C.Məmmədquluzadə üçün 1931-ci il iyul ayında bir nəfərlik yer ayrılmasını xahiş edir.
Başlanır: V Kur-böro. Redaküiə jurnala…

Bitir: … arteriosklerozom. Sekretarğ Dobrodeev.

Ölçüsü: 20,5x24 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 297.
12.MƏRKƏZİ POÇT-TELEQRAF KONTORUNUN NƏZDİNDƏ OLAN ABUNƏ ŞÖBƏSİNƏ
Rus dilində. Yazılış tarixi 30 yanvar, 1930-cu il, Bakı. Sa­ya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Mətn üzərində C.Məmmədquluzadə tərəfindən təshih işi aparılmışdır. Məktub sonda redaktor və katibin imzası ilə təsdiqlənmişdir.

Məzmunu: Abunə pullarının alınmasını redaksiyanın əmək­daşı Hacı Axundova etibar edildiyini bildirir.
Başlanır: Otdelu podpiski pri üentr.…

Bitir: … naşemu Qadji Axundovu.

Ölçüsü: 20,5x24 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 293.
13.NAXÇIVAN İNQİLAB KOMİTƏSİNİN SƏDRİ QƏDİMOVA
Fars dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilmə­mişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Teleqram Culfaya göndərilmişdir.

Məzmunu: C.Məmmədquluzadə Naxçıvan İnqilab Komitəsi sədri Qədimovdan Culfa yolu ilə Bakıya gələcəyini hərbi komissar Qarayevə teleqrafla xəbər verməsini və onun üçün şərait yaradılmasını xahiş edir.
Başlanır: Culfa sədri-rev.kom. Naxçıvan…

Bitir: … Nəsrəddin. Cəlil Məhəmmədquluzadə.

Ölçüsü: 23,5x11 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 181.

14.NAMƏLUM YERƏ

Rus dilində. Yazılış tarixi 9 fevral, 1931-ci il, Bakı. Saya və­rəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Hara və kimə ünvanlandığı məlum deyil. Mətnin sonunda bənövşəyi mürəkkəblə C.Məmmədquluzadənin öz xətti ilə «Dj. Mamed-Kuli-Zade» qeyd olunmuşdur.



Məzmunu: Jurnalın nəşrinin 25 ilinin tamamı və bu müd­dət ərzindəki fəaliyyəti nəzərə çatdırılır.
Başlanır: V blijayşie dni (19 aprelə 1931…

Bitir: … Redaktor jurnala «Molla Nasreddin».

Ölçüsü: 20,5x24 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 295.


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin