18.KAMANÇA
(Faciə 1 pərdədə)
I
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi yanvar, 1920-ci il, Şuşa. Yarıdan eninə kəsilmiş, qara sapla tikilmiş cizgili dəftər vərəqlərinin bir üzünə qara mürəkkəblə yazılmışdır. Səliqəlidir. Vərəqlər nömrələnmişdir. Üz vərəqində «Kamança», «faciə 1 pərdədə», «Yazanı: Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin)», son səhifəsində isə «yanvar, 1920», «Şuşa qalasında» sözləri qeyd olunmuşdur. 8-ci və 9-cu vərəqlərdən sonra bir vərəq nömrələnməmiş və nəticədə səhifələnmə pozulmuşdur. Mətn boyu surətlərin adları altından qara mürəkkəblə xətt çəkilmişdir. Əsər üzərində qara və qırmızı mürəkkəblə cüzi təshih işi aparılmışdır.
Başlanır: Qarabağda, dağın ətəyində…
Bitir: … Eh, namərd dünya!
Ölçüsü: 17x21 sm; həcmi: 16 vərəq; fond 6, s.v. 9.
Dostları ilə paylaş: |