11.DƏLİ YIĞINCAĞI
III
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Ağ sapla bir-birinə tikilərək dəftər halına salınmış saya vərəqlərin hər iki üzünə qara karandaşla yazılmışdır. Səhifələr nömrələnmişdir. Pərdələr arasındakı vərəqlərin bir üzü boş saxlanılmışdır. Üz vərəqində yaşıl mürəkkəblə «Dəli yığıncağı», «5 pərdədə komediya», 1-ci səhifəsində isə «Dəli yığıncağı», «Komediya (5) məclisdə» sözləri qeyd olunmuşdur. Mətndə bəzi sözlər üzərində qara karandaş və bənövşəyi mürəkkəblə bu (X, +) şəkildə işarələr qoyulmuşdur.
Başlanır: Birinci məclis vaqe olur şəhərin…
Bitir: … Molla Abbası qalxızsınlar.
Ölçüsü: 18x22 sm; həcmi: 31 vərəq; fond 6, s.v. 24.
12.DƏLİ YIĞINCAĞI
IV
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər müxtəlif ölçülü pərakəndə saya vərəqlərin bir üzünə qara mürəkkəb və qara karandaşla yazılmışdır. Səliqəsizdir. Səhifələrin nömrələri bir neçə dəfəyə pozularaq yenisi ilə əvəz olunmuşdur. IV məclis iki variantda verilmişdir. «Dəlixana» pərdəsi də 3 şəkildədir: Sərlövhə kimi birinin başında «İkinci məclis», digərində «Beşinci məclis» yazılmış, üçüncüdə isə heç bir qeyd yoxdur. Vərəqlərin bir neçəsi yarıdan eninə kəsilmişdir. Əlyazma üzərində qara və qırmızı mürəkkəblə hədsiz təshih işi aparılmışdır. Natamamdır.
Başlanır: Küçədə dəlixananın qapısı ağzında…
Bitir: … dəlixananın qapısı bağlanır…
Ölçüsü: müxtəlifdir: 22x26–28x41 sm; həcmi: 65 vərəq; fond 6, s.v. 25.
Dostları ilə paylaş: |