10.XALQ KOMİSSARLAR ŞURASINDAN
II
Rus dilində. Yazılış tarixi 7 aprel, 1926-cı il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Surətdir. Məktub Azərbaycan Kommunist Firqəsinin (b) Mərkəzi Komitəsinə ünvanlanmışdır.
Məzmunu: Azpoliqraftrestə bu ilin mart ayının 1-nə kimi olan borclular (siyahısı göstərilmişdir) haqdadır.
Başlanır: ÜK AKP. Sovet Narodnıx Komissarov…
Bitir: … ne akkuratnıx platelğh. Ə.Pravdina.
Ölçüsü: 22x18 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 307.
11.XALQ KOMİSSARLAR ŞURASININ KƏND
TƏSƏRRÜFATI ZİYANVERİCİLƏRİ İLƏ
MÜBARİZƏ İDARƏSİNDƏN
Rus dilində. Yazılış tarixi 29 yanvar, 1922-ci il. Saya vərəqin bir üzünə qara makina çapı ilə yazılmışdır. XKŞ-nın ziyanvericilərlə mübarizə idarəsinin müdiri və icraçının imzaları və möhürü ilə təsdiqlənmiş məktub Xalq Torpaq Komitəsinin Şuşa və Koryagin qəzaları üzrə çəyirtgələrlə mübarizə idarəsinin müvəkkili Mirzə Ələkbər Məmmədquluzadəyə ünvanlanmışdır.
Məzmunu: Şuşa və Koryagin qəzalarında çəyirgələrlə mübarizədə istifadə olunan arxada gəzdirilən aparaturanı yığıb təcili olaraq ambara göndərilməsi tapşırılır.
Başlanır: Upolnomoçennomu Narkomzemu…
Bitir: … iz Karabaxa v Korəqino i Kördamir.
Ölçüsü: 22x13 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 452*.
Dostları ilə paylaş: |