16.ƏRİZƏ Rus dilində. Yazılış tarixi fevral, 1930-cu il, Bakı. Saya vərəqin hər iki üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. C.Məmmədquluzadə tərəfindən Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinə ünvanlanmışdır.
Məzmunu:MK-nin tələbinə cavab olaraq, jurnalın 25 illiyinin tamamına qədər «Molla Nəsrəddin» adı altında nəşr olunmasına icazə verilməsini xahiş edir.
Ölçüsü: 23x30 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 279.
17.ƏRİZƏ Rus dilində. Yazılış tarixi 31 yanvar, 1931-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. C.Məmmədquluzadə tərəfindən Ümumittifaq Kənd Təsərrüfat Pambıq-Kooperativ bankının Zaqafqaziya Kantoruna ünvanlanmışdır.
Məzmunu: Tiflis bankında olan 75 manat 11 qəpik pulunun Bakı Dövlət bankına köçürülməsini xahiş edir.
Ölçüsü: 23x17 sm; həcmi: 3+1 (boş) vərəq; fond 6, s.v. 280.
18.ƏRİZƏ Vərəqin bir üzündə Azərbaycan dilində latın əlifbası ilə, digər üzündə isə həmin mətn rus dilində. Yazılış tarixi, ili və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. C.Məmmədquluzadə tərəfindən Azərbaycan Xalq Maarif Komissarı Məqsud Məhəmmədova ünvanlanmışdır.
Məzmunu: Keçirdiyi iflic xəstəliyinə görə Komissarlar Şurasından 3 il aldığı 180 manat məbləğində təqaüdün artırılmasını xahiş edir.
Ölçüsü: 20,5x24 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 281.
19.ƏRİZƏ Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkblə yazılmışdır. C.Məmmədquluzadə tərəfindən M.Əzizbəyov adına Birləşmiş mənzil şirkətinin sədrinə ünvanlanmışdır.
Məzmunu: Evinin darısqal olduğu üçün qonşuluqdakı boş bir otaqlı mənzilin onun adına keçirilməsini xahiş edir.
Ölçüsü: 22,5x36,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 282.
20.ƏRİZƏ Vərəqin bir üzündə Azərbaycan dilində latın əlifbası ilə, digər üzündə isə həmin mətn rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. C.Məmmədquluzadə tərəfindən Azərbaycan Xalq Maarif Komissarı Məqsud Məhəmmədova ünvanlanmışdır.
Məzmunu: Keçirdiyi iflic xəstəliyinə görə Komissarlar Şurasından 3 il aldığı 180 manat məbləğində təqaüdün artırılmasını xahiş edir.
Ölçüsü: 20,5x24 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 283*.
21.ƏRİZƏ Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 1 aprel, 1931-ci il, Qutqaşen. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Qutqaşen Kənd Təsərrüfat Kooperasiya Şirkətinin hesabdarı İbrahim Məhəmmədov tərəfindən «Molla Nəsrəddin» qəzetəsinin heyəti idarəsinə ünvanlanmışdır.
Məzmunu: Qutqaşen rayonunda nöqsanların çox olduğunu və müxbirin olmadığını bildirdikdən sonra özünün jurnala müxbir qəbul edilməsini xahiş edir.
Ölçüsü: 21x13,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 285.