Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə168/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   164   165   166   167   168   169   170   171   ...   295
25.KURORT KİTABÇASI
Rus dilində. Yazılış tarixi 31 dekabr, 1930-cu il, Yesentuki. Qara, qırmızı mürəkkəb və qırmızı karandaşla yazılmışdır. RSFSR Xalq Səhiyyə Komissarlığı tərəfindən C.Məm­məd­quluzadəyə verilmişdr.

Məzmunu: Kitabçada xəstəliyinin qısa xülasəsi, müalicə üsul­ları, ağciyərinin rentgen şəkli və s. haqda qeydlər vardır.
Ölçüsü: 10,5x13,5 sm; həcmi: 8 vərəq; fond 6, s.v. 268.
Kitabçanın içində ayrıca vərəqlər vardır:

1) 19 aprel 1926-cı ildə qulaq, boğaz, burun həkimi İvan İva­noviç Lukov tərəfindən rus dilində qara mürəkkəblə yazıl­mış resept. Ölçüsü: 11x19,5 sm;*

2) 21 noyabr 1930-cu ildə rus dilində qara karandaşla yazıl­mış resept. Ölçüsü: 17x8 sm;*

3) 10 fevral 1931-ci ildə «Semaşko» xəstəxanasına göndə­riş vərəqəsi. Ölçüsü: 21x11,5 sm.*

4) 29 aprel 1931-ci ildə qara karandaşla yazılmış resept. Ölçüsü: 8,5x14,5 sm;*

5) Rus dilində bənövşəyi mürəkkəblə yazılmış elektrokar­dioqrammanın nəticəsi. Ölçüsü: 21x10 sm;*


26.LÖVHƏ
Rus dilində. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazıl­mışdır. «Molla Nəsrəddin» jurnalı redaksiyasının lövhəsidir.

Məzmunu: Lövhənin üzərində «Redaküiə i Kontora Jur­nala «Molla-Nasreddin»» qeyd olunmuşdur.
Ölçüsü: 42,5x32,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 333.
27.MANDAT
Rus dilində. Yazılış tarixi 27 iyun, 1921-ci il, Bakı. Saya vərəqə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. ASSR Xalq Maarif Komissarlığı tərəfindən C.Məmmədquluzadəyə verilmişdir.

Məzmunu: C.Məmmədquluzadənin Xalq Maarif Komissar­lığının məsul nümayəndəsi olması təsdiqlənir.
Ölçüsü: 17x10,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 251*.
28.MANDAT
Vərəqin bir üzündə Azərbaycan dilində latın əlifbası ilə, di­gər üzündə isə həmin mətn rus dilində. Yazılış tarixi 2 sent­yabr, 1924-cü il, Bakı. Saya vərəqə bənövşəyi rəngdə ma­kina çapı ilə yazılmışdır. Azərbaycan Mərkəzi İcraiyyə Ko­mitəsi tərəfindən C.Məmmədquluzadəyə verilmişdir.

Məzmunu: C.Məmmədquluzadə Yeni Türk Əlifba Komitəsi nümayəndəsi kimi AMİK sədri Ağamalı oğlu ilə bərabər türk əlifbasını yaymaq məqsədilə Türküstana ezamiyyətə göndərilməsi üçün verilmişdir.

Ölçüsü: 22,5x17,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 255.
29.MANDAT
Rus dilində. Yazılış tarixi 7 sentyabr, 1924-cü il, Bakı. Sa­ya vərəqə qara rəngdə makina çapı ilə yazılmışdır. Azərbay­can Mərkəzi İcraiyyə Komitəsi tərəfindən C.Məmməd­qu­luzadəyə verilmişdir.

Məzmunu: C.Məmmədquluzadənin Az.MİK-nin üzvü ki­mi Azərbaycan MİK-nin sədri Ağamalı oğlu ilə bərabər türk əlif­basını yaymaq məqsədilə ezamiyyətə (Krım, Tatarıstan və Türküstan) göndərilməsi üçün verilmişdir.
Ölçüsü: 21,5x33 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 256.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin