33.NAMİZƏD BİLETİ Vərəqin bir üzündə Azərbaycan dilində latın əlifbası ilə, digər üzündə isə həmin mətn rus dilində. Yazılış tarixi 1927-ci il, Bakı. Ayı və günü qeyd edilməmişdir. Bilet qara mürəkkəblə yazılmışdır. Tünd qırmızı rəngdə qalın cildi var. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi tərəfindən C.Məmmədquluzadəyə verilmişdir.
Məzmunu: 5-ci Ümum Azərbaycan Şuralar Qurultayı C.Məmmədquluzadənin Mərkəzi İcraiyyə Komitəsi üzvülüyünə namizəd seçilməsini təsdiqləyir.
Ölçüsü: 11,5x8 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 260.
34.NİKAH KAĞIZI Vərəqin bir üzündə Azərbaycan dilində ərəb əlifbası ilə, digər üzündə isə həmin mətn rus dilində. Yazılış tarixi 15 iyun, 1907-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Sənədi rus dilinə Zaqafqaziya Şiə Ruhani İdarəsinin katibi tərcümə etmişdir. Bir fotosurəti əlavə olunmuşdur.
Məzmunu: 15 iyun 1907-ci ildə C.Məmmədquluzadənin Həmidə xanım Əhməd bəy Cavanşir ilə evlənməsi təsdiqlənir.
Ölçüsü: 33,5x35,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 247*.
35.ÖLÜM FİTVASI Azərbaycan dilində ərəb əlifbası ilə. 1907-ci il. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Fotosurətdir.
Məzmunu: Təbriz müctəhidlərinin Mirzə Cəlil haqqında ölüm fitvası.
Ölçüsü: 10x14,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 274*.