Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə170/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   166   167   168   169   170   171   172   173   ...   295
33.NAMİZƏD BİLETİ
Vərəqin bir üzündə Azərbaycan dilində latın əlifbası ilə, digər üzündə isə həmin mətn rus dilində. Yazılış tarixi 1927-ci il, Bakı. Ayı və günü qeyd edilməmişdir. Bilet qara mürəkkəblə yazılmışdır. Tünd qırmızı rəngdə qalın cildi var. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi tərəfindən C.Məm­məd­quluzadəyə verilmişdir.

Məzmunu: 5-ci Ümum Azərbaycan Şuralar Qurultayı C.Məm­mədquluzadənin Mərkəzi İcraiyyə Komitəsi üzvü­lü­yü­nə namizəd seçilməsini təsdiqləyir.
Ölçüsü: 11,5x8 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 260.
34.NİKAH KAĞIZI
Vərəqin bir üzündə Azərbaycan dilində ərəb əlifbası ilə, di­gər üzündə isə həmin mətn rus dilində. Yazılış tarixi 15 iyun, 1907-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya və­rəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Sənədi rus dilinə Zaqafqaziya Şiə Ruhani İdarəsinin katibi tərcümə etmişdir. Bir fotosurəti əlavə olunmuşdur.

Məzmunu: 15 iyun 1907-ci ildə C.Məmmədquluzadənin Həmidə xanım Əhməd bəy Cavanşir ilə evlənməsi təsdiqlənir.
Ölçüsü: 33,5x35,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 247*.

35.ÖLÜM FİTVASI
Azərbaycan dilində ərəb əlifbası ilə. 1907-ci il. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Fotosurətdir.

Məzmunu: Təbriz müctəhidlərinin Mirzə Cəlil haqqında ölüm fitvası.
Ölçüsü: 10x14,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 274*.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin