25.KURORT KİTABÇASI
Rus dilində. Yazılış tarixi 31 dekabr, 1930-cu il, Yesentuki. Qara, qırmızı mürəkkəb və qırmızı karandaşla yazılmışdır. RSFSR Xalq Səhiyyə Komissarlığı tərəfindən C.Məmmədquluzadəyə verilmişdr.
Məzmunu: Kitabçada xəstəliyinin qısa xülasəsi, müalicə üsulları, ağciyərinin rentgen şəkli və s. haqda qeydlər vardır.
Ölçüsü: 10,5x13,5 sm; həcmi: 8 vərəq; fond 6, s.v. 268.
Kitabçanın içində ayrıca vərəqlər vardır:
1) 19 aprel 1926-cı ildə qulaq, boğaz, burun həkimi İvan İvanoviç Lukov tərəfindən rus dilində qara mürəkkəblə yazılmış resept. Ölçüsü: 11x19,5 sm;*
2) 21 noyabr 1930-cu ildə rus dilində qara karandaşla yazılmış resept. Ölçüsü: 17x8 sm;*
3) 10 fevral 1931-ci ildə «Semaşko» xəstəxanasına göndəriş vərəqəsi. Ölçüsü: 21x11,5 sm.*
4) 29 aprel 1931-ci ildə qara karandaşla yazılmış resept. Ölçüsü: 8,5x14,5 sm;*
5) Rus dilində bənövşəyi mürəkkəblə yazılmış elektrokardioqrammanın nəticəsi. Ölçüsü: 21x10 sm;*
26.LÖVHƏ
Rus dilində. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır. «Molla Nəsrəddin» jurnalı redaksiyasının lövhəsidir.
Məzmunu: Lövhənin üzərində «Redaküiə i Kontora Jurnala «Molla-Nasreddin»» qeyd olunmuşdur.
Ölçüsü: 42,5x32,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 333.
27.MANDAT
Rus dilində. Yazılış tarixi 27 iyun, 1921-ci il, Bakı. Saya vərəqə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. ASSR Xalq Maarif Komissarlığı tərəfindən C.Məmmədquluzadəyə verilmişdir.
Məzmunu: C.Məmmədquluzadənin Xalq Maarif Komissarlığının məsul nümayəndəsi olması təsdiqlənir.
Ölçüsü: 17x10,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 251*.
28.MANDAT
Vərəqin bir üzündə Azərbaycan dilində latın əlifbası ilə, digər üzündə isə həmin mətn rus dilində. Yazılış tarixi 2 sentyabr, 1924-cü il, Bakı. Saya vərəqə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi tərəfindən C.Məmmədquluzadəyə verilmişdir.
Məzmunu: C.Məmmədquluzadə Yeni Türk Əlifba Komitəsi nümayəndəsi kimi AMİK sədri Ağamalı oğlu ilə bərabər türk əlifbasını yaymaq məqsədilə Türküstana ezamiyyətə göndərilməsi üçün verilmişdir.
Ölçüsü: 22,5x17,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 255.
29.MANDAT
Rus dilində. Yazılış tarixi 7 sentyabr, 1924-cü il, Bakı. Saya vərəqə qara rəngdə makina çapı ilə yazılmışdır. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi tərəfindən C.Məmmədquluzadəyə verilmişdir.
Məzmunu: C.Məmmədquluzadənin Az.MİK-nin üzvü kimi Azərbaycan MİK-nin sədri Ağamalı oğlu ilə bərabər türk əlifbasını yaymaq məqsədilə ezamiyyətə (Krım, Tatarıstan və Türküstan) göndərilməsi üçün verilmişdir.
Ölçüsü: 21,5x33 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 256.
Dostları ilə paylaş: |