Афаг Ялийева


«MOLLA NƏSRƏDDİN» JURNALININ



Yüklə 2,33 Mb.
səhifə169/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   165   166   167   168   169   170   171   172   ...   295
30.«MOLLA NƏSRƏDDİN» JURNALININ

PROQRAM VƏ QURULUŞU
Rus dilində. Yazılış tarixi 24 yanvar, 1931-ci il, Bakı. Sa­ya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazıl­mışdır. Jurnalın redaktoru C.Məmmədquluzadə tərəfindən Azər­baycan Mərkəzi Komitəsinin Mətbuat şöbəsinə, bir surə­ti isə Xalq Komissarlar Şurasına göndərilmişdir. I vərəqdə C.Məm­mədquluzadə tərəfindən bənövşəyi mürəkkəblə rus di­lində «Kop. Sovnarkomu» qeyd olunmuşdur. Smeta, məsa­rif və ştat haqda olan vərəqələrin hər biri 2 nüsxədədir.

Məzmunu: I vərəqdə «Molla Nəsrəddin» jurnalının 1931-ci ildə proqram və quruluşu, II vərəqdə smetası, III vərəqdə məsarifi, IV vərəqdə isə ştatı barəsində məlumat verilir.
Ölçüsü: 21x29,5 sm; həcmi: 7 vərəq; fond 6, s.v. 330.
31.MÜQAVİLƏ
Rus dilində. Yazılış tarixi 27 oktyabr, 1928-ci il. Harada ya­zıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə qara rəngdə makina çapı və bənövşəyi mürəkkəblə yazılmışdır. Müqavilə M.Əzizbəyov adına Birləşmiş Mənzil Koopera­tiv İdarəsi ilə «Molla Nəsrəddin» jurnalının redaktoru arasın­da bağlanmışdır.

Məzmunu: 1 oktyabr 1928-ci ildən 1 oktyabr 1929-cu ilə ki­mi Poçtovaya küçəsi, ev № 64-də bir otaqlı mənzilin kira­yəsi barəsindədir.
Ölçüsü: 22x35 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 329*.
32.MÜQAVİLƏ
Rus dilində. Yazılış tarixi 25 iyun, 1936-cı il, Bakı. Saya və­rəqin hər iki üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Müqavilə Az. SSR Elmlər Akademiyası nəşriyyatının di­rektoru Abdulla Hüseyn oğlu Vəliyevlə C.Məmmədqulu­za­dənin varisi Həmidə xanım Əhməd qızı Məmmədquluzadə arasında bağlanmışdır. Sənəd sonda Həmidə xanım və nəş­riyyatın direktoru tərəfindən təsdiqlənir.

Məzmunu: Müqaviləyə əsasən C.Məmmədquluzadənin üçcildlik seçilmiş əsərlərinin nəşri işini nəşriyyatın ixtiyarına buraxır. Əvəzində isə nəşriyyat 27 m.v. həcmində olan işin hər müəllif vərəqi üçün Həmidə xanıma qonorar verməlidir.
Ölçüsü: 20x29 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 332*.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin