Афаг Ялийева


ÖLÜM HAQQINDA ŞƏHADƏTNAMƏ



Yüklə 2,33 Mb.
səhifə171/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   167   168   169   170   171   172   173   174   ...   295
36.ÖLÜM HAQQINDA ŞƏHADƏTNAMƏ
Rus dilində. Yazılış tarixi 5 yanvar, 1932-ci il, Bakı. Vərə­qin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Bakı Şə­hər Zaqs Bürosu tərəfindən C.Məmmədquluzadəyə verilmiş­dir.

Məzmunu: C.Məmmədquluzadənin yanvarın 4-də beyninə qansızma nəticəsində vəfat etdiyi bildirilir.
Ölçüsü: 19x14,5 sm; həcmi: 2 ədəd; fond 6, s.v. 275*.
37.PASPORT
Rus dilində. Yazılış tarixi 6 iyun, 1911-ci il, Naxçıvan. Qa­ra mürəkkəblə yazılmışdır. Rusiya İmperiyasının ştampı ilə təsdiqlənən pasport Naxçıvan Şəhər İctimai İdarəsi tərəfindən C.Məmmədquluzadəyə verilmişdir. Əlavə bir fotosurəti vardır.

Məzmunu: Rusiyanın ərazisində şəhər və kəndlərinə pulsuz gediş üçün verilmiş bir illik (1911-ci ilin iyunundan 1912-ci ilin iyununadək) pasportda C.Məmmədquluzadənin adı, familiyası, yaşı, vəzifəsi və ailə üzvlərinin (Həmidə, Münəvvər, Midhəd, Ənvər) adları haqda məlumat vardır.

Ölçüsü: 30x25 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 248*.

38.PROQRAM
Azərbaycan dilində ərəb əlifbası ilə. Bakı. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır.

Məzmunu: H.Zeynalabdin Tağıyev teatrında müsəlman artistlərinin iştirakı ilə C.Məmmədquluzadənin 10 may, 1916-cı ildə keçiriləcək «Ölülər» əsərinin tamaşası barəsindədir. Proqramın sonunda mayın 13-də «Aşıq Qərib» operasının tamaşaya qoyulması haqda elan vardır.
Ölçüsü: 12,5x42 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 328*.
39.PROQRAM
Rus dilində. Mahaçqala. Saya vərəqin bir üzünə qara rən­g­də makina çapı ilə yazılmışdır. Proqramın sonunda «Tipo-Lit. A.M.Mixaylova Petrovsk-Daqestanskiy» qeyd olun­muşdur.

Məzmunu: Şəhər teatrında Tiflisdən gəlmiş artist Əliqulu Nəcəfovun və yerli aktyorların iştirakı ilə C.Məmməd­qulu­za­dənin şənbə günü, 23 iyul, 1916-cı ildə «Ölülər» əsərinin ta­tar dilində oynanılacaq tamaşası barəsindədir.
Ölçüsü: 14,5x29,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 328*.
40.PROQRAM
Azərbaycan dilində latın əlifbası ilə. Bakı. Saya vərəqin hər iki üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Proq­ramın sonunda «Azərnəşr tərəfindən basıldı» qeyd olunmuşdur.

Məzmunu: Bünyadzadə adına Dövlət Türk Bədayi Teatro­sun­da C.Məmmədquluzadənin 1932-1933-cü il mövsü­mün­də keçiriləcək «Ölülər» əsərinin tamaşası barəsindədir.
Ölçüsü: 15x22,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 328*.

41.ŞƏHADƏTNAMƏ
Rus dilində. Yazılış tarixi 15 fevral, 1917-ci il, Tiflis. Sa­ya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Tiflis Qubernatorluğunun möhürü ilə təsdiqlənmişdir.

Məzmunu: Tiflisdə həftəlik satirik «Molla Nəsrəddin» jur­nalının proqrammı və onun nəşrinə icazə verilməsi barəsindədir.
Ölçüsü: 21x35 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 249.
42.ŞƏHADƏTNAMƏ
Rus dilində. Yazılış tarixi 29 aprel, 1930-cu il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Şəhadətnamə «Molla Nəsrəddin» jurnalının redaktoru C.Məm­məd­quluzadənin imzası və redaksiyanın möhürü ilə təsdiqlənmişdir.

Məzmunu: Azəri Əli İsmayıl oğlunun 1920-ci ildə Təbrizdə müəllimlik etməsi, Təbrizdə «Ölülər» əsərinin tamaşası zamanı baş rolun ifaçısı olduğuna görə onun avam xalq tə­rəfindən təqiblə qarşılanması, C.Məmmədquluzadənin məs­ləhəti ilə Bakıya gəlməsi, 1921-1924-cü illərdə Batumidə yaşaması və eyni zamanda «Molla Nəsrəddin» jurnalının müxbiri və təmsilçisi kimi çalışması göstərilir.
Ölçüsü: 20,5x24 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 508.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin