3.ABUNƏ SİYAHILARI Azərbaycan dilində latın, ərəb əlifbası ilə və rus dilində. Yazılış tarixi 1927-31-ci illər. Müxtəlif ölçülü vərəqlərə qara və bənövşəyi mürəkkəblə yazılmışdır. İri qovluqda 1927-1931-ci illər ərzində «Molla Nəsrəddin» jurnalına abunə olunanların siyahıları, aylar üzrə maaş cədvəllərinin siyahıları, haqq-hesab sənədləri, «Kəndli qəzeti»nin abunə vərəqəsi, qəbz və fakturaları «Molla Nəsrəddin» jurnalının 1927-ci il 52-ci (2 nüsxə) və 1928-ci il 51-ci nömrələrinə ağ sapla tikilmişdir.
Ölçüsü:müxtəlif; həcmi: çox; fond 6, s.v. 348*.