Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə27/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   23   24   25   26   27   28   29   30   ...   295
1.ADSIZ FELYETON
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Əlyazmanın adı yoxdur. Avtoqrafın sonu «Elan»la bitir. Əsər üzərində təshih işi aparılmışdır.
Başlanır: Əlhəmdi lillahi rəbbil aləmin…

Bitir: … «Molla Nəsrəddin» məcmuəsi göndərilir.

Ölçüsü: 22x35,5 sm; həcmi: 6+1 (boş) vərəq; fond 6, s.v. 71*.
2.ARVAD MƏSƏLƏSİ
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi 9 iyul, 1917-ci il, Tiflis. Məqalə qoşa saya vərəqlərin bir üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Əvvəlindən iki vərəq düşdüyünə görə əlyazma 3-cü vərəq­dən başlanır. İlk səhifəsində «Arvad məsələsi», son səhifə­sində isə «9 iyul 1917. Tiflis» sözləri qeyd olunmuşdur. 3-cü vərəqin sonundan 3 sətir kəsilmişdir. Vərəqlərin kənarında qırmızı mürəkkəblə əlavələr edilmişdir. Mətn boyu bəzi rəqəm və sözlərin altından qırmızı mürəkkəblə xətt çəkilmişdir. Bəzi sözlərin üzərində isə rus dilində tərcüməsi yazılmışdır. Əsər üzərində qara mürəkkəblə təshih işi aparılmışdır.
Başlanır: Yevropanın ən şöhrətli alimlərindən…

Bitir:və əlbəttə, məqsədinə çatacaq.

Ölçüsü: 33x36 sm; həcmi: 8+2 (boş) vərəq; fond 6, s.v. 71.


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin