Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə29/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   25   26   27   28   29   30   31   32   ...   295
4.CÜMHURİYYƏT
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi 1917-ci il, Tiflis. Günü və ayı qeyd edilməmişdir. Məqalə cizgili vərəqlərin bir üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Yarıdan eninə kəsilmiş üz vərəqində «Cümhuriyyət», ilk səhifəsində isə yenə «Cümhuriyyət», rus dilində «(Respublika)», əsərin yarıdan eninə kəsilmiş son vərəqində isə «Bahar. 1917 ildə. Tiflis» sözləri qeyd olunmuşdur. 2-ci səhifədə rus dilində bir cümlə yazılmışdır. 9-cu vərəq boş saxlanılmışdır. Məqalə üzərində qara mürəkkəb və qırmızı karandaşla təshih işi aparılmışdır.
Başlanır: Vətəndaşlar! Padşahlıq taxtından…

Bitir: … Yaşasın cümhuriyyət!

Ölçüsü: 22,5x35,5 sm; həcmi: 8+1 (boş) vərəq; fond 6, s.v. 72.
Avtoqrafa sonradan Azərbaycan dilində kiril əlifbası ilə köçürülmüş surət əlavə edilmişdir. Makina çapıdır.
Ölçüsü: 20,5x31 sm; həcmi: 5 vərəq; fond 6, s.v. 72.

5.FELYETONLAR
Azərbaycan dilində latın (1-11 s.) və ərəb (12-96 s.) əlifbası ilə «Molla Nəsrəddin» jurnalında dərc olunan «Molla Nəsrəddin» imzalı felyetonların surətidir. Katibi məlum de­yil. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər müxtəlif ölçülü pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi (2-10 s.) və göy (11-96 s.) mürəkkəblə yazılmışdır. Səliqəlidir. Vərəqlər nömrələnmişdir. 1-ci səhifənin yarısı bənövşəyi, 2-ci yarısı isə göy mürəkkəblə yazılmışdır. Əlyazma iki hissəli «Felyetonlar»ın I hissəsidir18. 1906-cı ildə dərc olunan «Molla Nəsrəddinin cavabı» felyetonu ilə başlanan əlyazma, 1907-ci il 15 iyul tarixli 26-cı nömrədə dərc olunan «Papaq» felyetonu ilə tamamlanır.

Felyetonların sonunda imza qeyd olunmuşdur. 14 iyul 1906-cı il, 15-ci nömrədə çıxan «İran konsulları» felyetonundan başlayaraq sonda mənbə də göstərilmişdir.


Başlanır: Ağdaşda Kərbəlayi Nəcəfqulu…

Bitir: … bizim papaqlar qazanıblar.

Ölçüsü: 17x37–18x52 sm; həcmi: 96 vərəq; fond 6, s.v. 69*.
6.FELYETONLAR
Azərbaycan dilində ərəb (97-162 s.) və latın (163-175 s.) əlifbası ilə «Molla Nəsrəddin» jurnalında dərc olunan «Molla Nəsrəddin» imzalı felyetonların surətidir. Katibi məlum deyil. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər müxtəlif ölçülü pərakəndə saya vərəqlərin bir üzünə qara (97-162 s.), bənövşəyi (163-164 s.) və göy (165-175 s.) mürəkkəblə yazılmışdır. Səliqəlidir. Vərəqlər nömrələnmişdir. Əlyazma iki hissəli «Felyetonlar»ın II hissəsidir19. 1907-ci il 24 iyul tarixli 27-ci nömrəsində dərc olunan «Bizim işlərimiz» felyetonu ilə başlanan əlyazma 1909-cu il 5 aprel tarixli 14-cü nömrədə dərc olunan «Qoqol» felyetonu ilə tamamlanır.

Felyetonların sonunda mənbə və imza göstərilmişdir. 163-cü səhifədə latfn əlifbasında olan «Necə qan ağlamasın daş bu gün» felyetonundan başlayaraq yalnız imza göstərilmişdir.


Başlanır: Məlumdur ki, bu il çox yerlərdə…

Bitir: … gərək yadından çıxartmasın.

Ölçüsü: 17x35, 5–18,5x52 sm; həcmi: 80 vərəq; fond 6, s.v. 70*.
7.MƏQALƏ

(adsız)
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Səliqəsizdir. Vərəqlər nömrələnmişdir. Əvvəlindən üç vərəq çatmadığı üçün əlyazmanın ilk səhifəsi 4-cü nömrə ilə başlanır. Sonuncu vərəqə nömrə qoyulmamışdır. Əsər üzərində ciddi təshih işi aparılmış, ixtisarlar edilmişdir. Natamamdır.


Başlanır: … olmaz … ictinab etmək…

Bitir: … o dinsizlik ilə məşhur idi.

Ölçüsü: 21x36 sm; həcmi: 11 vərəq; fond 6, s.v. 73.

QEYD KİTABÇALARI





Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin