İsmayılHikmət. «Türkədəbiyyatıtarixi» – Bakı, 1925, I c., III hissə (XIX əsrin sonları). Azərbaycan dilində ərəb əlifbası ilə. İlk səhifəsində «Molla Nəsrəddin» jurnalı redaksiyasının möhürü var. Mətn boyu göy karandaşla bəzi sözlərin altından xətt çəkilmiş, əlavələr edilmişdir. Şəkillidir. III hissə olduğu üçün kitab 706-cı səhifədən (706-1027 s.) başlanr. Həcmi: 321 səhifə; fond 6, s.v. 569*.
İsmixanovF. «Xaos» – Bakı, Azərnəşr, 1928, I hissə. Azərbaycan dilində ərəb əlifbası ilə. Şirvanzadə Aleksandr Musasiyanın əsərinin tərcüməsidir. İlk səhifəsində rus dilində bənövşəyi mürəkkəblə «Doroqomu sobratu Djalilu Mamed Kuli-Zade (Molla Nasreddinu). S qlubokim uvajeniem A.Şirvanzade. 17/VIII-1929 q. Kislovodsk» qeyd edilmişdir. Mətn boyu bəzi sətirlər qara karandaşla xətlənmişdir. Həcmi: 127 səhifə; fond 6, s.v. 583*.