CƏLİL MƏMMƏDQULUZADƏNİN MÜXTƏLİF
ŞƏXSLƏRƏ YAZDIĞI MƏKTUBLAR
1.BABAYA
I
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 7 iyun, Bakı. İli qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Atasının Naxçıvana getdiyini bildirir və onun nə vaxt gələcəyini soruşur.
Başlanır: Əzizim Baba. Sizin evdə…
Bitir: … Səni istəyən – Cəlil (Məhəmməd-Kuli-Zadə).
Ölçüsü: 20x24 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 163.
2.BABAYA
II
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 11 may, 1930-cu il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Babanın oxumağına görə çox sevindiyini yazır.
Başlanır: Əzizim Baba! Kağızın dünən…
Bitir: … Hələ ki, salamat qal. Cəlil.
Ölçüsü: 20,5x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 163.
3.BABAYA
III
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 15 aprel, 1931-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara karandaşla yazılmışdır.
Məzmunu: Onun və Kərbəlayi Cabbarın Midhətdən muğayat olmasını xahiş edir.
Başlanır: Əzizim Baba! Çoxdandır…
Bitir: … Səni həmişə istəyən Cəlil.
Ölçüsü: 20,5x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 164.
4.EYNƏLİ SULTANA
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 13 iyul. İli və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: Onunla bağlı cavanlıq xatirələrini yad edir və özünün hələ bir neçə gün Bakıda olacağını yazır.
Başlanır: Əzizim Eynəli Sultan!..
Bitir: … görüm nə vaxt görüşərik. Cəlil.
Ölçüsü: 20x24 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 176.
Dostları ilə paylaş: |