7.KƏRBƏLAYİ CABBARA
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 15 aprel, Bakı. İli qeyd edilməmişdir. Başqa xətlə qara karandaşla «1930»-cu il qeyd olunmuşdur. Saya vərəqin bir üzünə qara karandaşla yazılmışdır.
Məzmunu: Leninqradda təhsil alan böyük oğlu Midhətə nəzarət etməsini xahiş edir.
Başlanır: Əzizim Kərbəlayi Cabbar!..
Bitir: … Sənin səmimi dostun Cəlil.
Ölçüsü: 20,5x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 177.
8.MƏHƏMMƏDƏLİYƏ34
I
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 24 aprel, 1907-ci il, Tiflis. Poçt kartına qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Sidqinin bircə balası Məhəmmədhəsənin yaxşı dolandığını, sənətdə tərəqqi etdiyini və ondan nigaran qalmamaları barəsində yazır.
Başlanır: Nuri-çeşmim! Sən Allah…
Bitir: … necə insan deyə bilərik? Cəlil.
Ölçüsü: 14x9 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 122.
9.MƏHƏMMƏDƏLİYƏ
II
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 26 iyul, 1908-ci il, Tiflis. Poçt kartına qara mürəkkəblə yazılmışdır.
Məzmunu: Müəllimlik yerinə şəhər idarəsinin özü adam təyin edəcəyi barəsində yazır.
Başlanır: Əzizim! Burada açılacaq…
Bitir: … dəxi nə deyim? Cəlil.
Ölçüsü: 14x9 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 123.
Dostları ilə paylaş: |