2.AĞA MUSA ƏFƏNDİZADƏDƏN Azərbaycan dilində latın əlifbası ilə. Quba. Yazılış tarixi qeyd edilməmişdir. İki qatlanmış cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.
Məzmunu: 1929-cu il may ayının 17-20 nömrəli jurnallarının göndərilməsini xahiş edir.
Başlanır: Bakı. «Molla Nəsrəddin» idarəsinə!..
Bitir: … Ağa Musa Əfəndizadə.
Ölçüsü: 11x18 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 200.
3.AĞCABƏDİ RAYON XALQ MAARİF İNSPEKTORU ƏLİZADƏDƏN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 19 mart, 1931-ci il, Ağcabədi. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktuba ayrıca vərəqdə «Molla Nəsrəddin» jurnalına abunə yazılanların siyahısından ibarət akt əlavə olunmuşdur.
Məzmunu: Poçta ilə 35 manat göndərildiyini bildirir və aprel ayının 1-dən jurnalların göndərilməsini xahiş edir.
Başlanır: Bakı, «Molla Nəsrəddin» qəzetəsi…