4.AXUND MƏHƏMMƏD TAĞI ƏRƏSZADƏDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır. Məktuba «Molla Həsrət» imzası ilə felyeton da əlavə etmişdir.
Məzmunu: «Günəş» qəzetinin 81-ci nömrəsində gedən «İsmayıl Qurbani» adlı məqalə barəsindədir. Göndərdiyi felyetonun jurnalda çap edilməsini xahiş edir.
Başlanır: Axund Yusif Talıbzadə. Mənim…
Bitir: … Axund Məhəmməd Tağı Ərəszadə.
Ölçüsü: 22x35 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 480*.
5.AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATINDAN
I
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 19 noyabr, 1925-ci il, Bakı. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır. Sonda C.Məmmədquluzadənin xəttilə qara karandaşla kitabların verilməsinə dair razılıq qeydi var.
Məzmunu: Nəşriyyatdakı kitabların hərəsindən 300 ədəd İmaməli Rəsulzadə vasitəsilə göndərilməsini xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» məcmuəsi idarəsinə!..
Bitir: … vasitəsilə bizə buraxmanız rica olunur.
Ölçüsü: 18x22,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 302.
6.AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATINDAN
II
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 24 yanvar, 1926-cı il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Məktub ticarət qəsimi, umuri-idarə və əmtəə şöbəsinin müdirlərinin imzaları ilə təsdiqlənir. Sonda C.Məmmədquluzadənin xəttilə kitabların verilməsinə dair razılıq qeydi var.
Məzmunu: Satış üçün İmaməli Rəsulzadə vasitəsilə 100 ədəd «Şeir bülbülləri» kitabının göndərilməsini xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» məcmuəsi idarəsinə!..
Bitir: … kitabından buraxmanız rica olunur.
Ölçüsü: 18 x22,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 304.
Dostları ilə paylaş: |