Protokolun məqsədləri:
►
Müasir diaqnostika və müalicə metodlarını tətbiq etməklə
ACXOX-un diaqnostika və müalicəsinin təkmilləşdirilməsi
►
ACXOX-la xəstələnmə və ölüm hallarının azaldılması
►
ACXOX-lu xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması
ÜMUMİ MÜDDƏALAR
Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi (ACXOX):
►
qarşısı alınan və müalicə olunan xroniki iltihabi xəstəlikdir;
►
35 yaşdan yuxarı şəxslərdə yaranır;
►
müxtəlif risk faktorlarının, xüsusilə siqaret çəkmənin, təsiri
nəticəsində əmələ gəlir;
►
əsasən tənəffüs yollarının distal hissələri və ağ ciyər
parenximasının zədələnməsi, emfizemanın yaranması ilə
müşayiət olunur;
►
ağ ciyərdən kənar orqanların zədələnməsi ilə səciyyələnir;
►
hava axını sürətinin tam bərpa edilməyən məhdudlaşması
xarakterikdir;
►
obstruksiyanı törədən iltihabi reaksiya bronxial astmanı törədən
iltihabi reaksiyadan fərqlənir və ağırlıq dərəcəsindən asılı olmur.
Xəstəlik, meylliyi olan şəxslərdə inkişaf edir və öskürək,
bəlğəmin ifrazı və təngnəfəsliyin artması ilə müşayiət olunur,
proqressivləşən xarakter daşıyır, xroniki tənəffüs çatışmazlığı və
xroniki ağ ciyərin formalaşması ilə nəticələnir.
Dostları ilə paylaş: |