Stabil dövr zamanı xəstəliyin inkişaf etməsi yalnız xəstənin
uzunmüddətli dinamik müşahidəsindən sonra aşkar olunur,
simptomların intensivliyi isə bir neçə həftə və hətta bir neçə ay
ərzində dəyişilmir.
Kəskinləşmə dövrü 24 saatdan az davam etməyən, simptomların
və funksional pozulmaların güclənməsi ilə müşayiət olunan
vəziyyətin pisləşməsi ilə səciyyələnir. Kəskinləşmələr tədricən
inkişaf edə bilər və ya xəstənin vəziyyəti sürətlə dəyişib, tənəffüs və
sağ mədəcik çatışmazlığı ilə nəticələnə bilər.
DİAQNOZUN FORMALAŞDIRILMASI
Nozologiya: ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi
Ağırlıq dərəcəsi (xəstəliyin mərhələsi):
Yüngül dərəcəli (I mərhələ)
Orta ağır dərəcəli (II mərhələ)
Ağır dərəcəli
(III mərhələ)
Çox ağır dərəcəli (IV mərhələ)
Dostları ilə paylaş: |