d). D. Atkinsonun əməyin motivləşdirilməsi nəzəriyyəsi. O, əməyin motivləşdirilməsi məsələlərini təhlil edərkən
səmərəli əmək amillərini əsas götürmüş və onu konkret proseslərlə,
situasiyalarla əlaqələndirmişdir. O, burada uğur əldə etmə
motivlərinə, uğur qazanmaq variantlarına, risklərə diqqət yetirmişdir.
e). S. Adamsın ədalətlilik nəzəriyəsi. Ədalətlilik nəzəriyyəsi
muzdlu işçilərlə iş verən arasındakı iqtisadi mübadiləyə əsaslanır. O,
burada «giriş» (işçinin əmək töhfələri, təhsili, bacarığı və s.
mənasında) və «çıxış» (iş verənin əməyin ödənilməsi, sosial xidmət,
əməyin təhlükəsizliyi və s. üzrə fəaliyyəti ) ifadələrini işlətməklə,
əməyin nəticələri ilə qazanc arasındakı əlaqənin, «giriş»lə «çıxış»ın
tarazlıqda olmasının zəruriliyini irəli sürür. Burada həmçinin əməyin
nəticələrinin düzgün və obyektiv qiyməqləndirilməsi əsas götürülür.