134
Universal (əsas) funksiyalar barədə nisbətən ətraflı məlumat
verdikdən sonra köməkçi (yardımçı) funksiyalara qısaca nəzər salaq.
Əvvəlcə qeyd edək ki, yardımçı funkiyalar çox
dəyişkən olmaqla, ilk
növbədə təsərrüfatçılıq sahəsi ilə daha sıx bağlıdır və sahə
xüsusiyyətlərinə görə biri–birlərindən fərqlənirlər. Lakin, bunlarda da
ümumiləşdirici cəhətlər vardır və funksiyaları müəyyənləşdirən
«qohum elementlər çoxluğu» anlayışı öz təsirini saxlayır.
İstehsalla bağlı müəssisər üçün
köməkçi funksiyaları aşağıdakı
kimi təsnifləşdirmək olar:
1.
texniki
funksiyalar;
2.
istehsal funksiyaları:
3.
maliyyə funksiyaları;
4.
kadr funksiyaları;
5.
Əmək və əməyin ödənilməsi funksiyaları;
6.
texnoloji funksiyalar;
7.
keyfiyyət funksiyaları;
8.
nəqliyyat-daşıma funksiyaları;
9.
loqistik və təchizat funksiyaları;
10.
etika və mədəniyyət funksiyaları;
11.
təhlükəsizlik funksiyaları;
12.
ətraf mühitin qorunması funksiyaları;
13.
ixtisaslaşma sahələri üzrə çoxlu sayda digər funksiyalar.
Məlumdur ki, hər bir yardımçı funksiya, müəssisənin
fəaliyyətini təmin etmək və son nəticə əldə edilməsinə yardım
etmək
baxımından bir və ya bir neçə vəzifənin
yerinə yetirilməsi işinə
xidmət edir. Bu səbəbdən, yardımçı funksiyaların yerinə yetirdikləri
vəzifələrlə tanış olaq.
Dostları ilə paylaş: