3.5. MENECMENTİN MARKETİNQ FUNKSİYASI
Marketinq – idarəetmə funksiyası olmaqla bazarda tələb-təklif
münasibətlərini araşdırmaq və bu münasibətdən doğan zəruri istehsalı
aydınlaşdırmaq, istehsalın həyata keçirilməsini təmin etmək, hazır
məhsulun satışını həyata keçirmək, son nəticə olaraq gəlir əldə
edilməsinə və tələbatların ödənilməsinə yönəldilmiş fəaliyyətdir.
Marketinq bir əməliyyat kimi istehsaldan qabaqkı proseslərdə (yəni
xammalın alınması, avadanlıqların əldə edilməsi, kadrların
hazırlanması, enerji və su təchizatları və s.) və istehsaldan sonrakı
130
mübadilə proseslərində (satışın təşkili, reklam olunması, servis
xidməti və s.) iştirak edir. Marketinqin əsas funksiyası tələb-təklif
münasibətlərini araşdırmaqla yanaşı, real bazar üçün hansı məhsulun
nə qədər və nə qiymətə çıxarılmasını təmin etmək və həmçinin
tələbata uyğun məhsul istehsalını təşkil etmək üçün tövsiyyələr
verməkdir. Marketinq bazar iqtisadiyyatı şəraitində həm qiymət, həm
də rəqabətə dözümlülükdə keyfiyyətin təmin olunmasına xidmət edir.
Marketinq xidməti, istehsaldan əvvəl və istehsaldan sonrakı bütün
amilləri nəzərə almaqla, eyni zamanda təbii mühit və sosial mühit
amillərini də mütləq nəzərə almalıdır.
Marketinqin başlıca fəaliyyət sahəsi bilavasitə bizneslə bağlıdır.
Biznes – gəlir gətirən fəaliyyət növüdür. Bu həm istehsalla, həm də
mübadilə ilə bağlı ola bilər. Biznesin təşkilində əsasən 4 tip
sahibkarlıq tətbiq olunur:
- İstehsal; Kommersiya; Maliyyə; Konsaltinq (məsləhət).
Biznesin 5 əsas funksiyasını fərqləndirmək olar: İstehsal;
Kadr; Texnologiya; Maliyyə; Marketinq.
Marketinq tədqiqatları bazar iqtisadiyyatlı ölkələrdə
müəssisənin idarə edilməsi prosesinin tərkib hissəsi və menecmentin
funksiyası kimi, həmişə diqqət mərkəzində olmalıdır.
Marketinq bazar iqtisadiyyatı şəraitində «satış fəaliyyəti»
mənasını daşıdığından, onun idarə olunması müxtəlif bazarlarda
arzulanan satış səviyyəsinin əldə edilməsi üçün lazım olan bir sıra
vəzifələrin yerinə yetirilməsi kimi xarakterizə edilir. Deməli,
marketinqin idarə olunması bütünlükdə tələbatın idarə olunmasıdır.
Daha geniş mənada, marketinqin idarə olunması, müəssisənin
(firmanın, sahibkarın) müəyyən məqsədlərinə (yüksək mənfəət əldə
edilməsinə, satış həcminin genişləndirilməsinə, daha çox bazar əldə
saxlamaqla onların xüsusi çəkisini artırmaq) nail olmaq üçün
məqsədli alıcılarla əlverişli mübadilələrin yaradılmasına və
131
mühafizəsinə yönəldilmiş tədbirlərin təhlili, planlaşdırılması və
həyata keçirilməsi üzərində nəzarət deməkdir.
Marketinqin idarə olunması prosesi çoxşaxəli olmaqla özündə
aşağıdakıları əks etdirir:
·
Bazarın imkanlarının təhlili (marketinqin tədqiqatları və
informasiya sistemləri, marketinq mühiti, müəssisələrin bazarları və
fərdi istehlakçıların bazarları);
·
Məqsədli bazarın seçilməsi (tələbatın həcminin ölçülməsi,
bazarın seqmentləşdirilməsi, məqsədli seqmentlərin seçilməsi və
bazarda əmtəələrin mövqelərinin müəyyənləşdirilməsi);
·
Marketinq konsepsiyasının işlənib hazırlanması (əmtəələrin
işlənib hazırlanması, onların qiymətlərinin müəyyənləşdirilməsi,
əmtəələrin yayılması metodları və onların satışının
stimullaşdırılması);
·
Marketinq tədbirlərinin həyata keçirilməsi (strategiya,
planlaşdırma, icra və nəzarət);
Marketinq prosesinin mərhələləri aşağıdakı ardıcıllıqla həyata
keçirilməlidir:
- tələbatların müəyyən edilməsi;
- müxtəlif təyinatlı informasiyaların toplanması;
- həmin informasiyaların dəqiqləşdirilməsi;
- qarşıya qoyulan məqsəd üzrə qərarların qəbul edilməsi;
- bazarlıqdan sonra qənaətlənmə və nəticələrin təhlili.
Marketinq strategiyasının hazırlanması mərhələlərinə
aşağıdakılar aid edilir:
a) bazarın tutumluğu;
b) müəssisənin (firmanın) məqsədinin formalaşdırılması;
c) marketinqin strategiyasının müəyyən edilməsi;
ç) marketinq planının tərtib olunması;
132
d) marketinq üzrə təşkilati-iqtisadi və sosial xarakterli
tədbirlərin həyata keçirilməsi (icrası);
e) marketinq fəaliyyətinə nəzarət.
Sənaye müəssisələrində marketinqin idarə edilməsi aşağıdakı
qaydada həyata keçirilir:
1.
Müəssisədə marketinq fəaliyyəti ilə məşğul olan idarə
strukturunun yaradılması;
2.
Marketinq üzrə məramın və proqnozun müəyyənləşdirilməsi;
3.
Marketinq proqramının və biznes-planların işlənib
hazırlanması və həyata keçirilməsi.
Müəssisədə marketinq fəaliyyətinə rəhbərlik və o sahədə işləri
əlaqələndirmək – kommersiya işləri (və ya marketinq) üzrə bölmə
tərəfindən aparılır. Marketinqin idarəetmə problemlərinə həsr edilmiş
ədəbiyyatlarla tanışlıq göstərir ki, əksər xarici firmalarda marketinq
xidməti üzrə funksional idarə strukturundan istifadə edilir. Onun
prinsipial sxemi şəkil 21-də verilmişdir.
Lakin çoxçeşidli məhsul istehsal edən müəssisələrdə marketinq
xidmətinin tərkibində 21-ci şəkildə göstərilən bölmələrlə yanaşı,
marketinqin planlaşdırılması; yeni məhsulların mənimsənilməsi;
keyfiyyətin təmin edilməsi; məhsul hərəkətinin idarə edilməsi və sair
bölmələr də təşkil edilə bilər.
133
Şəkil 21. Müəssisədə marketinq xidmətinin funksional
strukturu
Bütünlükdə dünya təcrübəsində marketinqin idarə edilməsi
prosesində çoxsəmtli təşkilati quruluşlardan istifadə edilir.
Sənaye müəssisələrində marketinq xidmətinin dörd
funksiyasını fərqləndirirlər: analitik, istehsalat, təchizat və nəzarət.
Dostları ilə paylaş: |