Loqistik və təchizat funksiyaları müəssisənin resurslarla
təminatı, iqtisadi əlaqələrin və mübadilə proseslərinin, bazar
münasibətlərinin, rəqabət mühitinin qiymət siyasətinin, alqı-satqı
əməliyyatlarının və digər bu səpkili əməliyyatların təşkili və icrası ilə
bağlıdır; Yuxarıda, marketinq funksiyası barədə danışarkən bunlardan
bəzilərinə toxunulmuşdur. Loqistika ayrıca predmet kimi tədris
olunduğu üçün bu barədə ətraflı izahat vermirik.
Etika və mədəniyyət funksiyaları hər bir müəssisənin müsbət
imicinin yaradılması və qorunması vəzifələrinə xidmət edir.
Müəssisənin və personalın etik və mədəni vəzifələri aşağıdakılardır:
- istehsal mədəniyyətinin təşkili və saxlanması;
- davranış mədəniyyətinin təşkili və saxlanması;
- əxlaq normalarına riayət edilməsi;
- qanunlara, norma və normativlərə əməl edilməsi;
- dövlət və ümumxalq mənafeinin qorunması;
- müqavilə şərtlərinə düzgün əməl olunması;
- vahid rəhbərlik prinsipinə əməl edilməsi;
- rəhbərin şəxsi nümunə olması;
- əməyin düzgün qiymətləndirilməsi;
- fərdi mədəniyyətin və əxlaqı keyfiyyətlərin yüksəldilməsi və
s.