AğASƏF İmran


IV FƏSİL. MENECMENTDƏ METODLAR VƏ ÜSLUBLAR



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə77/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   73   74   75   76   77   78   79   80   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

IV FƏSİL. MENECMENTDƏ METODLAR VƏ ÜSLUBLAR 
 
Menecmentdə  metod  dedikdə,  əmək  prosesində  işçilərin 
yaradıcı və təşəbbüskar işləmələrini fəallaşdırmaq üçün tətbiq edilən 
müxtəlif qayda və fəndlərin məcmusu (toplusu) başa düşülür. 
 Menecmentin metodu – istehsalın təşkili və idarə olunması 
prosesində tətbiq edilən fəndlərin məcmusu, işçilərə məqsədyönlü 
təsir göstərmə vasitəsidir.  
Metodların tətbiq edilməsi: 
 - İşçilərin və təşkilatın  yüksək məhsuldarlıqla və səmərəliliklə 
işləmələrini; 
-  əmək kollektivinin ahəngdar və müntəzəm işləmələrini
-  əmək prosesinin  və   texnoloji proseslərin,  eləcə də 
idarəetmənin dəqiq təşkil edilməsi və müxtəlif  fəaliyyət sahələrinin 
düzgün əlaqələndirilməsini  təmin etməlidir. 
Üslub isə, hər bir rəhbərin  öz xarakterinə xas olan fərdi 
idarəçilik seçimi-yanaşmasıdır. 
Hal-hazırda,   bazar  iqtisadiyyatı   şəraitində  idarəetmə 
prosesində  ən çox tətbiq  edilən  metodlar  aşağıdakılardır: 1). 
iqtisadi, 2). inzibati, 3). sosial - psixoloji, 4). ideoloji,  5). partisipativ 
və 6). qrafik metodlar. 
Təsnifatda sonuncu üç metod idarəetmə prosesində daha az 
tətbiq edildikləri üçün, onların barəsində geniş izahat verilməsinə 
ehtiyac yoxdur. Bu metodlar barədə, iqtisadi ədəbiyyatlarda və 
menecmentlə bağlı kitablarda kifayət qədər məlumatlar tapmaq olar. 


141
 
 
 
Digər metodlar (iqtisadi,  inzibati, sosial-psixoloji) isə,  
idarəetmə prosesindəki bütün hallarda tətbiq edildiklərindən və bu 
metodların hər birinin özünəməxsus təsir xüsusiyyətləri olduğundan
onların hər birini  ayrı-ayrılıqda nəzərdən keçirək. 
 
 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin