AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə78/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   74   75   76   77   78   79   80   81   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

4.1. İQTİSADİ  METOD 
 
Müəssisədə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün təbii 
iqtisadi  qanunlarından  istifadə  olunması,  obyektiv  iqtisadi 
mənafelərin nəzərə alınması  və maddi maraq əsasında təsərrüfatın 
təşkili və aparılmasına idarəetmənin iqtisadi metodu deyilir.  
Əslində, burada söhbət iqtisadi metodlardan getməlidir. Çünki 
cəmiyyətin və bazarın mövcudluğunun qorunması və tənzimlənməsi 
üçün fəaliyyət göstərən təbii iqtisadi qanunlar - dəyər, dövriyyə və 
rəqabət qanunları birlikdə iqtisadi metodun tərkib hissəsini təşkil 
edirlər. Bu səbəbdən də, bu qanunların təsirini nəzərə alan metodların 
müştərək tətbiqini iqtisadi metodlar kimi dəyərləndirmək olar. 
 İqtisadi metodlar dedikdə isə, elə  iqtisadi vasitələr çoxluğu 
başa düşülür ki, burada təbii iqtisadi qanunlar və maddi maraq 
prinsiplərinin  təsiri ilə işin icrası yerinə yetirilmiş olsun. İqtisadi 
metodlar firmanın və onun personalının  maddi maraqlarına təsir 
göstərir. Bu metodlar bir tərəfdən cəmiyyətin tələblərinin ödənilməsi 
üçün firmanın  fəaliyyətini, digər tərəfdən isə personalın yaxşı 
işləməsi üçün stimul (maraq və həvəs) yaradır. 
İqtisadi metod – təsərrüfat  münasibətlərində özünəməxsus 
istifadə mexanizmi olub, onun konkret formalarının: əmtəə - pul 
münasibətlərinin inkişafı; istehsal vasitələrindən səmərəli istifadə 
edilməsi; maddi maraq; təsərrüfat hesabı və s. üzrə  kompleks 
tədbirlərin həyata keçirilməsini  tələb edir. 


142
 
 
 
 Menecmentin iqtisadi metodları təsərrüfatçılıq  mexanizminin 
əsasını  təşkil  etməklə,  təbii  iqtisadi  qanunlardan  və 
qanunauyğunluqlardan istifadənin forması kimi çıxış edir. Bu 
metodlar istehsal münasibətləri sisteminə tam daxil olmaqla həm 
ümumdövlət  miqyasında,  həm  də  idarəetmənin  müxtəlif 
səviyyələrində (sahə, müəssisə, firma və s.) öz tətbiqini tapır.  
İqtisadi metodlarınun ən çox tətbiq  edilən elementləri 
aşağıdakılardır (Şəkil 22): 
- Təsərrüfat (və ya kommersiya) hesabı; 
- Planlaşdırma; 
- Vergilər sistemi; 
- İqtisadi normativlər (qiymət, əmək  norması, vaxt norması,  
mükafatlandırma normaları, cərimə sanksiyaları və s); 
- İnnovasiya və investisiya;  
- Maliyyələşdirmə.  
 
 
 
 
 
 
 
 
 
  
Şəkil  22.  İqtisadi metodların tərkib strukturu 
 
Təsərrüfat (və ya kommersiya) hesabı dedikdə, hər bir firmanın 
saziş və müqavilə  əsasında əlaqə yaratdığı digər təsərrüfatlarla alqı-
satqı münasibətlərinin qurulması və mübadilə prosesinin nəticələrinə 


143
 
 
 
görə işin qiymətləndirilməsi başa düşülür. Burada, təsərrüfatçılıq 
fəaliyyəti və hazır məhsulun satışı dövründə bütün idxal-ixrac 
əməliyyatları, maliyyə  əməliyyatları, onlarla qarşılıqlı icra edilən 
mübadilə  əməliyyatları, qiymət münasibətləri və digər əlaqələr başa 
düşülür. Təsərrüfat (kommersiya) hesabı hər bir firmanın bütün daxili 
təsərrüfat fəaliyyətini və ticarət əlaqələrini  tam əks etdirməlidir. 
Təsərrüfat (kommersiya)   hesabının tərkib hissəsi kimi, 
firmadaxili hesablaşmalar – firmanın öz bölmələri arasında ayrı-ayrı 
əməliyyatların qiymətləndirilməsi və onların ödənməsi, firmadaxili 
qiymətləndirmə siyasətinin yeridilməsi, eləcə də planlaşdırma, uçot, 
maliyyə hesablaşmalarının aparılması, kreditlərin alınması, əmək 
haqqının müəyyənləşdirilməsi və s. amilləri əhatə edir.   
Təsərrüfat (kommersiya) hesabının ən başlıca xüsusiyyəti – 
alınmış  son  nəticədən  asılı  olaraq  təsərrüfat  fəaliyyətinin 
qiymətləndirilməsi  və  sonrakı  tədbirlər  barədə  qərar  qəbul 
edilməsidir. 
Planlaşdırma – son məqsədə çatmaq üçün keçiləcək yolu 
görmək və bu yolda atılacaq addımları müəyyən etmək baxımından, 
bütün hallarda, bütün müəssisələr üçün zəruridir. Burada, strateji 
(uzunmüddətli), orta və operativ (cari) planlaşdırmanı fərqləndirmək 
vacibdir (ətraflı bax: planlaşdırma funksiyası).  
Planlaşdırma metodunu tətbiq etmədən, müəssisədə mühasibat 
işinin və uçotun aparılmasının təşkili mümkün olmazdı. Çünki, yalnız 
bu halda həm maddi, həm də maliyyə vəsaitlərinin ayrılması, işçilərin 
əmək bölgüsünün təşkili və digər zəruri texniki - texnoloji 
əməliyyatların vaxtını və miqdarını müəyyən etmək imkanı yaranır. 
Əks halda isə, bütün bu və digər əməliyyatların təşkili və icra 
edilməsi əsla mümkün olmaz. Məhz bu baxımdan, planlaşdırma – 
təsərrüfatçılıq fəaliyyətinin, maliyyə və kredit fəaliyyətinin, uçotun 
aparılmasının, innovasiya və investisiya fəaliyyətinin, vergi və 


144
 
 
 
gömrük fəaliyyətinin təşkili və aparılmasında iqtisadi metodların ən 
zəruri  tərkib elementi kimi çıxış edir. 
Vergi – hər bir müəssisənin (fiziki və hüquqi şəxslərin) 
gəlirlərinin bir qisminin dövlət tərəfindən rüsum kimi tutulmasıdır. 
Vergilərin tutulması dövlət tədbiri olduğundan, hər bir müəssisə bu 
tələbə  əməl etməyə borcludur. Vergilərin birbaşa və dolayı növləri 
dövlət tərəfindən müəyyənləşdirilir və  vergilər sistemi çərçivəsində 
bütün müəssisələrə  şamil edilir. Bu zaman müxtəlif amillər nəzərə 
alınmaqla ayrı-ayrı müəssisə və təşkilatlara güzəştlər edilə bilər. Bu 
güzəştlərin və eləcə də vergilərin faiz dərəcələri dövlət tərəfindən 
müəyyənləşdirilir və onların toplanması da xüsusi vergi orqanları 
tərəfindən həyata keçirilir.  
İqtisadi normativlər – müəssisə və firmaların fəaliyyətlərinin 
təşkili və tənzimlənməsində müstəsna rol oynayırlar. Belə ki, əmək 
bölgüsündə iştirak edən hər bir işçi üçün əmək haqqı olaraq pul 
məbləğinin müəyyən edilməsi iş norması, vaxt  norması və digər 
amillər əsasında formalaşmış normativlərə əsaslanır.    
Adətən müqavilə  əsasında razılaşdırılmış  əmək haqqı da bu 
normativlər  çərçivəsində  müəyyənləşdirilir.  Əmək  haqqının 
normativlər əsasında formalaşdırılması, işçilərdə stimul yaratmaq və 
işgüzar münasibətləri gücləndirmək məqsədinə xidmət edir. Az 
işləyib çox məvacib almaq – müəssisəni, çox işləyib az məvacib 
almaq isə - işçiləri narazı sala bilər. Normativlər, bu yolda 
kompromisi təmin edən ən yaxşı vasitədirlər.  
İnnovasiya və investisiya. İnnovasiya – yeniliklərin və yeni 
idarəçilik təşəbbüslərinin tətbiqi,  yeni avadanlıqların, qurğuların, 
cihazların,  texnologiyaların hazırlanması  və tətbiqi  ilə  bağlı 
investisiyaların  səmərəli  bölüşdürülməsi  və  yerləşdirilməsi 
proseslərini əhatə edir. Burada əsas məqsəd, istehsalın qənaətcil, 
səmərəli və müasir tələblərə cavab verə biləcək səviyyədə  təşkili və 


145
 
 
 
həyata  keçirilməsidir.  İnvestisiya isə, bütün bu deyilənlərin və 
müəssisənin fəaliyyətinin maliyyə vəsaitləri ilə təmin edilməsi kimi 
başa düşülməlidir. 
Maliyələşdirmə – müəssisə və təşkilatlarda istehsal prosesinin 
təşkili və aparılmasının fasiləsizliyini təmin etmək məqsədilə maliyyə 
resurslarının  sərfinin  maddi  və zaman (vaxt)  amilləri  ilə 
uzlaşdırılmasını həyata keçirir. İqtisadi metodların tərkib elementi 
kimi maliyyə uçotu və  maliyələşdirmə  hər bir  müəssisənin 
fəaliyyətinin tərkib hissəsi olmaqla, həm də aparıcı  əhəmiyyətə 
malikdir. 
İqtisadi metodların  tətbiqi, heç də mütləq vahidlik şəraitində 
yox, digər  metodlarla vəhdət şəklində həyata keçirilməlidir. 
 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin