146
onun idarə olunmasının obyektiv qanunlarına, qarşılıqlı fəaliyyət
zamanı adamların təbii köməkləşmə tələbatlarının nəzərə alınmasına
əsaslanır.
İnzibati metod öz
təsir xüsusiyyətlərinə görə təsərrüfatçılıq və
amirlik kimi qruplaşa bilər. İnzibati metodun reqlamentləşdirici,
təlimatlandırıcı və nizam- landırıcı xüsusiyyətlərini fərqləndirmək
lazımdır
(Şəkil 23).
İnzibati metod,
reqlamentləşdirici funksiyanı həyata keçirmək
üçün işçilər və qruplar arasında uzunmüddətli əlaqələrin qurulması
(struktur bölmələrinin yaradılması, ştatların müəyyən edilməsi,
şöbələr və işçilər üçün əsasnamələrin və təlimatların hazırlanması, iş
reqlamentlərinin tutulması və firmanın idarəetmə konsepsiyasının
hazırlanması) prinsiplərindən istifadə edir.
Təlimatlandırıcı funksiya, bütün müəssisənin (firmanın) ayrı-
ayrı şöbələrinin və ayrı-ayrı vəzifələrin icrası üçün təlimatların
hazırlanması, norma və normativlərin müəyyən edilməsi, əmr və
sərəncamların verilməsi və onlara əməl edilməsini tələb edir.
Nizamlandırıcı funksiya, mövcud olan qanunların,
sərəncamların və təlimatların tətbiqi, icrası və bütünlüklə, xətasız və
müntəzəm yerinə yetirilməsini tələb edir.
İnzibati metod həm təsərrüfatçılığın, həm də idarəçiliyin
qurulmasında sərt və ya yumşaq ola bilər. Sərt inzibatçılıq dedikdə
elə iş üsulu başa düşülür ki, burada bütün səlahiyyət yalnız ali
rəhbərlikdə cəmləşir və mərkəzləşdirilmiş idarəetmə prinsipi əsas
götürülür. Bu isə o deməkdir ki, vəzifələrin bölünməsi və işin
icrasının tələb edilməsi yalnız mərkəzi idarə aparatı tərəfindən
və çox
ciddi rejimlə yerinə yetirilir.
Yumşaq inzibatçılıq, səlahiyyətlərin qismən bölünməsinə, xətti
rəhbərlərin müstəqilliyinə və demokratik idarəetmə prinsiplərinə
imkan yaradır. İdarətməyə münasibət iqtisadi, sosial, təşkilati və s.
147
şəkildə ifadə olunur. Onlar idarəetmə mexanizminin əsasını təşkil
edirlər. Təşkilati münasibətləri insanlar arasında əlaqə kimi
xarakterizə etmək olar. Təşkilati münasibət sisitemi şüurlu surətdə
formalaşır. O, idarəetmənin əsas funksiyalarından
biri olan təşkiletmə
funksiyasını yaradır. Hazırda təşkilati işin 3 növünü fərqləndirirlər:
Təşkilat forması, idarəetmə funksiyalarının daha dəqiq
reqlamentləşməsinə, hərtərəfli nəzarətə,
dəqiq cavabdehliyə, intizama
və rejimə əsaslanır.
Təşkilat formasında idarəetmə funksiyalarının bölüşdürülməsi
və fəaliyyəti daha az reqlamentləşdirilir.
Təşkilatda sosial amillər üstünlük təşkil edir. Sosial amillər hər
bir real şərait üçün yuxarıdakı təşkilat növləri ilə birgə çıxış edir ki, o
da vahid rəhbərdən və idarə sistemindən asılıdır.
Təşkilati-normalaşdırma, idarəetmədə istifadə olunan əməyin və
texniki avadanlıqların düzgün və səmərəli istifadəsi üçün zəmindir.
Bu halda, ayrı-ayrı normalar, normativlər, qaydalar, təlimatlar və
digər bu xarakterli sənədlər qabaqcadan hazırlanaraq rəsmiləşdirilir
və onlara əməl edilməsinin məcburi olması, qanun və ya əmrlə
qüvvəyə minir.
148
Şəkil 23. İnzibati metodların tərkib strukturu.
Norma və normativlərin tətbiqi və onlara əməl
edilməsi prosesi
inzibati metodun başlıca xüsusiyyətlərindən biridir. İnzibati metodlar
normaların aşağıdakı formalarından daha çox istifadə edirlər: istehsal
norması; vaxt norması; say (miqdar) norması; xidmət norması; hasilat
norması; iş norması; keyfiyyət norması və s. Bunlarla yanaşı, istehsal
prosesində iqtisadi fondlardan istifadə norması, əsas fondlardan
istifadə norması; resurslardan istifadə norması və digər bu kimi
normalardan istifadə olunur.
Bütün müəssisə və təşkilatlar, mülkiyyət formasından asılı
olmayaraq dövlət tərəfindən qəbul edilmiş norma və normativlərə
əməl etməyə borcludurlar. Norma və normativlərin, standartların və
qanunların pozulması üçün müəssisə rəhbərləri cavabdehlik
daşıyırlar və əks halda onlar hətta cinayət məsuliyyətinə cəlb
oluna
bilərlər.
Dostları ilə paylaş: